Icma.az
close
up
RU
Bakıda MKTB lərin milyonlarla manat vergi borcu niyə yaranıb?

Bakıda MKTB lərin milyonlarla manat vergi borcu niyə yaranıb?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın əksər rayonları üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb. 

Rayonlar üzrə borcun məbləği fərqlidir. Belə ki, Binəqədi rayon MKTB-nin 6 milyon 612 min 286 manat, Xətai rayon MKTB-nin 4 milyon 282 min 315 manat, Nərimanov rayon MKTB-nin 3 milyon 843 min 530 manat, Suraxanı rayon MKTB-nin 3 milyon 422 min 53 manat, Nəsimi rayon MKTB-nin 3 milyon 246 min 16 manat, Səbail rayon MKTB-nin isə 2 milyon 657 min 115 manat vergi borcu var. Qaradağ rayon MKTB-nin vergi borcu 135 min 245 manat təşkil edir.

Qeyd edək ki, Nizami və Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin vergi borcu yoxdur. Yasamal, Sabunçu və Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin isə vergi borcunun olub-olmaması ilə bağlı məlumat əldə etmək mümkün olmayıb.

Bakı şəhərinin bir sıra rayonları üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin milyonlarla manat vergi borcunun yaranmasının əsas səbəbi nə ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamsında əmlak eksperti Elnur Azadov bildirib ki, Azərbaycan Respublikasının mövcud Mənzil Məcəlləsinin və bir sıra digər qanunvericilik aktlarının tələblərinə əsasən, bu fəaliyyətin həyata keçirilməsi müəyyən hüquqi ziddiyyətlər yaradır:

“Belə ki, Mənzil-Kommunal Təsərrüfatı Birlikləri yaşayış binalarının xaricində yerləşən ərazilərə, o cümlədən məişət tullantılarının toplanması və ərazinin təmizlənməsi kimi xidmətlərə cavabdehdirlər. Bu xidmətlərin göstərilməsi müqabilində vətəndaşlardan müəyyən xidmət haqları, eyni zamanda istilik təchizatı ilə bağlı ödənişlər toplanırdı. Lakin həmin xidmətlərin göstərilməsi ilə bağlı vətəndaşlarla hər hansı müqavilə bağlanılmırdı.

Halbuki açıq kommersiya münasibətləri şəraitində hər hansı xidmətin göstərilməsi və bunun müqabilində ödəniş tələb olunması müvafiq müqavilə münasibətlərinə əsaslanmalıdır. Hazırda bu sahədə islahatların aparılması istiqamətində müəyyən addımlar atılır. Yaxın gələcəkdə mənzil-kommunal təsərrüfatı qurumlarının müştərək cəmiyyətlərə çevrilməsi nəzərdə tutulur. Bu dəyişiklikdən sonra həmin qurumların vətəndaşlarla kütləvi şəkildə xidmət müqavilələri bağlamaq imkanı yaranacaq”.

Ekspert qeyd edib ki, lakin burada mühüm bir hüquqi məsələ ortaya çıxır: 

“Vətəndaşların müqavilə bağlayarkən alternativ seçim hüququ təmin edilməlidir. Yəni onlar yalnız bir qurumla müqavilə bağlamağa məcbur edilməməli, xidmət təminatçısını seçmək imkanına malik olmalıdırlar. Bu proses heç bir halda məcburi xarakter daşımamalıdır.

Əgər vətəndaşların bir qismi müqavilə bağlayır, digər qismi isə bundan imtina edirsə, onların hüquqları və xidmətlərdən istifadə imkanları necə tənzimlənəcək? Vətəndaşların müqavilə bağlamağa məcbur edilməsi isə istehlakçı hüquqlarına ziddir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: MKTB Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri