Bu şəhərdə ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə KEÇİR RƏSMİ
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda paytaxtda sərnişin daşımalarını həyata keçirən daşıyıcı subyektlərdə gediş haqqının nağdsız şəkildə ödənilməsini təmin edən yeni ödəniş sisteminə keçid sürətləndirilib. Bu proses təkcə Bakı ilə məhdudlaşmır – ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulur.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Gəncə şəhərində də bu istiqamətdə ciddi addımlar atılır. Artıq şəhərin marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Qurumdan bildirilib ki, hazırda Gəncədə ictimai nəqliyyatın yenilənməsi prosesi aparılır. Bu çərçivədə yaxın vaxtlarda yeni nağdsız ödəniş sisteminin tətbiqinə başlanacaq.
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















