Icma.az
close
up
RU
Bu şəhərlərdə insanlar özlərini ən xoşbəxt hiss edirlər

Bu şəhərlərdə insanlar özlərini ən xoşbəxt hiss edirlər

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yerli sakinlər şəhərlərində mədəni həyatı, gəzinti və ümumi sevinc hissini qiymətləndiriblər.

Şəhərdə xoşbəxtlik təkcə rahat yollar, təmiz hava və iqtisadi rifahla müəyyən edilmir. Mədəni həyat, yaşıl sahələr, incəsənət və icma hissi də mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, dünya üzrə 18 mindən çox şəhər sakini arasında keçirilən sorğu əsasında yeni araşdırmanı təqdim edir.

Bu ilki sorğu mədəniyyət, gecə həyatı, qastronomiya, gəzinti, yaşayış dəyəri və ümumi həyat keyfiyyətini əhatə edib. İştirakçılardan xoşbəxtlikləri də soruşulub: yaşadıqları şəhərdən nə dərəcədə razı qaldıqları, burada özlərini digər şəhərlərə nisbətən daha xoşbəxt hiss edib-etmədikləri, ətrafındakılarda müsbət münasibət hiss edib-etmədikləri.

Araşdırmaya görə, reytinqə Əbu-Dabi başçılıq edir. Birləşmiş Ərəb Əmirlikləri paytaxtının sakinləri şəhərin onları xoşbəxt etdiyini demək olar ki, yekdilliklə təsdiqləyiblər:

Respondentlərin 99 faizi Əbu-Dabidə yaşamaqdan həzz aldıqlarını, 96 faizi şəhərdəki insanların müsbət münasibətini qeyd edib, 93 faizi isə burada başqa yerlərdən daha xoşbəxt olduqlarını bildiriblər. Şəhər eyni zamanda gəzinti, mədəni həyat və yaşıl məkanların mövcudluğuna görə də reytinq cədvəlinə başçılıq edir.

Kolumbiyanın Medellin şəhəri ikinci yerdə qərarlaşıb və respondentlərin 97 faizi gündəlik həyatda sevinc tapıb. Şəhər təkcə mədəni və qastronomik atmosferi ilə deyil, həm də rahat iqlimi və bol yaşıllıqları ilə insanları özünə cəlb edir.

Cənubi Afrikanın Keyptaun şəhəri üçüncü yerdədir. Bu sahil şəhərinin sakinləri onun heyrətamiz Blue Flag çimərliklərini, canlı mədəniyyət mənzərəsini və müxtəlif mətbəxini tərifləyirlər. Respondentlərin 97 faizi də şəhərin onları xoşbəxt etdiyini bildirib.

Dünyanın ən xoşbəxt şəhərlərinin reytinqi 

1. Əbu-Dabi, BƏƏ

2. Medellin, Kolumbiya

3. Keyptaun, Cənubi Afrika

4. Mexiko şəhəri, Meksika

5. Mumbai, Hindistan

6. Pekin, Çin

7. Şanxay, Çin

8. Çikaqo, ABŞ

9. Sevilya, İspaniya

10. Melburn, Avstraliya

11. Brayton, Böyük Britaniya

12. Porto, Portuqaliya

13. Sidney, Avstraliya

14. Çianqmay, Tailand

15. Mərakeş, Mərakeş

16. Dubay, BƏƏ

17. Hanoy, Vyetnam

18. Cakarta, İndoneziya

19. Valensiya, İspaniya

20. Qlazqo, Böyük Britaniya

Sorğu nəticəsində məlum olub ki, şəhərdə xoşbəxtlik təkcə iqtisadi inkişafdan və infrastrukturdan deyil, həm də mədəniyyətdən, təbiətdən, cəmiyyət hissindən və gündəlik həyatdan həzz almaq bacarığından asılıdır.  /Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Oktyabr 2025 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri