Icma.az
close
up
RU
Bu səhvi edənlərin evi əlindən çıxa bilər Xəbərdarlıq

Bu səhvi edənlərin evi əlindən çıxa bilər Xəbərdarlıq

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Müxtəlif səbəblərdən vətəndaşlar bəzən yaşadıqları və ya sahib olduqları evin üzərinə həbs qoyulduğunu öyrənirlər. Bu hal daha çox borc öhdəlikləri, məhkəmə qərarları və ya icra prosesləri zamanı baş verir. Lakin bir çox şəxslər evin hansı hallarda həbs edilə biləcəyini və bunun hüquqi əsaslarını dəqiq bilmirlər.

Evin üzərinə hansı hallarda həbs qoyula bilər? Bu qərar hansı hüquqi əsaslarla verilir və vətəndaş belə bir vəziyyətlə üzləşərsə, öz hüquqlarını necə müdafiə edə bilər?

Demokrat.az-a bu barədə açıqlama verən əmlak eksperti Firdovsi Xəlilovun sözlərinə görə, vətəndaşlar ilk növbədə anlamalıdırlar ki, sahib olduqları əmlak əbədi deyil və müəyyən hallarda əl dəyişdirə, hətta tamamilə əldən çıxa bilər:

"Əmlakın öz iradənizlə alqı-satqı, vəsiyyət və ya bağışlama yolu ilə başqasına keçməsi öz yerindədir. Amma elə hallar var ki, bina istismar müddətini başa vurur, yararsız hala düşür və ya sadəcə vətəndaşın etdiyi və ya yerinə yetirmədiyi əməllərə görə əmlakı əlindən çıxır. Evin üzərinə həbs qoyulması da tam olaraq bu öhdəliklərin nəticəsidir. Bir neçə halda əmlaka həbs qoyula bilər və bunun əsas səbəbi vətəndaşın götürdüyü öhdəliklərə görə birbaşa məsuliyyət daşımasıdır”. 

Ekspert əlavə edib ki, borc və ya icraat zamanı şəxsin nağd vəsaiti və ya likvid əmlakı olmadıqda, qanunla bu tələb onun daşınmaz əmlakına, yəni evinə yönəlir:

"Hətta başqasına zamin duran vətəndaşlar da unutmamalıdırlar ki, əsas borcalan ödəniş etmədikdə, məsuliyyət zaminin üzərinə düşür və onun evi təhlükə altına girir. Bəs nə üçün banklar sizə borc verəndə mütləq əmlak təminatı istəyirlər? Banklar xeyriyyə müəssisəsi deyil. Onların əmlak tələb etməsi sizin ödəniş öhdəliyinizi və məsuliyyətinizi artırmaq üçündür. Əmlak burada bir zəmanətdir ki, öhdəlik yerinə yetirilmədikdə proses həmin əmlakın üzərinə həbs qoyulmasına və hətta itirilməsinə qədər gedib çıxa bilər. Bir sözlə, maliyyə və borc münasibətlərində diqqətli olmaq lazımdır: öhdəlik vaxtında icra olunmadıqda, qanun qarşısında cavabdehlik ilk növbədə elə həmin "əbədi hesab edilən” əmlakla ödənilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 İyul 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri