Bu sənədlər ictimaiyyətə açıqlanacaq Trampdan maraqlı qərar
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ lideri Donald Tramp dünya ictimaiyyətində geniş rezonans doğuran növbəti açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Belə ki, Tramp sosial media hesabında paylaşdığı bəyanatda dünya xarici həyat, tanınmayan hava hadisələri (UAP) və UFO-larla bağlı rəsmi sənədlərin ictimaiyyətə açıqlanması prosesinə başlanılması üçün göstəriş verəcəyini bildirib.
Onun sözlərinə görə, bu qərar cəmiyyətdə sözügedən mövzulara artan maraq nəzərə alınaraq qəbul edilib. Tramp qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlara dünya xarici həyat, UAP və UFO-larla əlaqəli rəsmi sənədlərin müəyyənləşdirilməsi və ictimaiyyətə təqdim olunması istiqamətində prosesin başladılması tapşırılacaq.
ABŞ Prezidenti bu məsələlərin “son dərəcə mürəkkəb, lakin maraqlı və vacib” olduğunu vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Fevral 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















