Icma.az
close
up
RU
Bu sərgi dünyaya verilən mesajdır Fulya Öztürk

Bu sərgi dünyaya verilən mesajdır Fulya Öztürk

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli jurnalist Fulya Öztürk Bakıda keçirilən "ADEX-2026" sərgisində iştirak edib.

Milli.Az xəbər verir ki, jurnalist sərgidə Azərbaycan istehsalı olan məhsulları görməkdən qürur duyduğunu bildirib.

"Bu sərgi artıq altıncı dəfə keçirilir, amma mən ilk dəfədir burada iştirak edirəm.Burada olmaqdan, Azərbaycanın yerli məhsullarını görməkdən çox qürur duydum. Türkiyədən və digər xarici ölkələrdən şirkətlər də burada iştirak edir", - deyə Fulya Öztürk bildirib.

O, sərginin keçirildiyi vaxtın da diqqətçəkən olduğunu vurğulayıb:

"Biz indi Bakıda olsaq da, eyni vaxtda Qarabağda və Naxçıvanda Özbəkistan, Türkiyə və Azərbaycanın birgə təlimləri keçirilir. Həm bu sərgi, həm də həmin təlim əslində dünyaya verilən mesajdır. Yeni anlaşmalar əldə ediləcək".

Jurnalist "TUSAŞ" şirkəti tərəfindən hazırlanan "Hürkuş" təyyarəsinin Azərbaycana veriləcəyini də qeyd edib.

"Ölkələrin bir-biri ilə anlaşmaları bizim türk dövlətləri ilə bağlarımızın daha da güclənməsinə səbəb olur. Allah gücümüzü və bağımızı daim etsin", - deyə o əlavə edib.

Qeyd edək ki, "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb.

Ümumilikdə, sərgilərdə 29 ölkədən 270-dən çox şirkətin iştirakı təsdiqlənib. Tədbirdə iştirak üçün 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Bundan başqa, 14 ölkə - ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan sərgidə milli pavilyonlarla təmsil olunur.

"ADEX-2026"nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri