Icma.az
close
up
RU
Bu şərtlərlə xaricdə təhsil Azərbaycana yaxşı heç nə vəd etmir AÇIQLAMA

Bu şərtlərlə xaricdə təhsil Azərbaycana yaxşı heç nə vəd etmir AÇIQLAMA

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda xaricdə təhsil məsələsi bəzi şəxslərin və şirkətlərin biznesinə çevrilib


Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Bu barədə TKTA-dan məlumat verilib.

Qeyd olunub ki, bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir:

"Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı” və “Ən çox imtina alan universitetlərin siyahısı” dərc edilib.

Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik.


Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, xaricdə təhsil almaq istəyən tələbələrin böyük kütləsi Azərbaycan universitetlərinə qəbul ola bilməyənlərdir:


“Onlar hərbi xidmətdən möhlət almaq üçün xarici universitetlərə üz tuturlar. Xaricdə təhsil üçün ən savadlı, bacarıqlı şagirdlərimiz yox, daha az bilikli şagirdlərimiz gedir. Həmçinin xaricdə təhsil zamanı daha çox qiyabi təhsilə üstünlük verilir. Bu sahədə əsas diqqət edilən nüanslardan biri də xarici universitetlərə qəbul olan tələbələrin bir çoxunun, həmin ölkənin dilində elementar biliklərinin olmamasıdır. Şübhəsiz ki, sadaladığım amillər xaricdə təhsilin elə də keyfiyyətli olmamasının göstəriciləri sayılır. Öz reytinqini gözləyən heç bir universitet bu tip qəbulları aparmır. Məhz ona görə də xarici universitetlərin bir çoxunun diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır. Qeyd etdiyim şərtlərlə xaricdə təhsil Azərbaycana yaxşı heç nə vəd etmir. Hazırda xaricdə təhsil məsələsi bəzi şəxslərin və şirkətlərin  biznesinə çevrilib. Abituriyentlər xaricdə təhsil müəssisələrini seçərkən xüsusilə diqqətli olmalıdırlar. Onlar ilk növbədə kifayət qədər araşdırma aparmalıdırlar. Daha yaxşı olardı ki, ilk növbədə Elm və Təhsil Nazirliyinin rəsmi mənbələrinə istinad etsinlər. Xarici universitetlərin və diplomlarının tanınma məsələsinə dair bu orqanlardan məlumat əldə etmək daha məqsədəuyğundur. İkincisi, tanınmış və etibarlı xarici xarici təhsil şirkətləri və vasitəçiləri ilə işləmək lazımdır. Bu zaman müxtəlif sosial şəbəkələrdə həmin şirkətlərin fəaliyyətini izləmək, rəyləri nəzərə almaq, əvvəllər həmin müraciət edən şəxslərin fikirlərini soruşmaq abituriyentlər üçün faydalı olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri