İspaniya La Liqası: “Atletiko Madrid” qələbə qazandı, iki oyun heç heçə başa çatdı, “Real” xal itirdi VİDEO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının XIII turunda “Elçe” “Real Madrid”i qəbul edib.
İdman.Biz xəbər verir ki, oyunda hesabı ev sahibləri açıb. 53-cü dəqiqədə Febas fərqlənib. “Real”ın cavab qolunu 78-ci dəqiqədə Heysen vurub. Cəmi 6 dəqiqə sonra Alvaro “Elçe”ni hesabda irəli çıxarıb - 2:1. Bellinqemin qolu da özünü çox gözlətməyib. 87-ci dəqiqədə hesab bərabərləşib - 2:2.
Oyun elə bu hesabla da başa çatıb. “Real Madrid” növbəti xal itkisi ilə “Barselona” ilə arasındakı xal fərqini minimuma endirib. XIII turdan sonra “Real”ın 32, “Barselona”nın isə 31 xalı var.
23:59
İspaniya La Liqasının XIII turunda “Atletiko Madrid” “Xetafe”nin qonağı olub. Oyunda hesab 82-ci dəqiqədə açılıb. Duarte öz qapısına vurduğu qolla “Atletiko”nun qələbəsini təmin edib.
22:07
"Betis" İspaniya La Liqasının XIII turunun matçında öz meydanında "Girona" ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, hesabı 20-ci dəqiqədə qonaqların hücumçusu Vladislav Vanat açıb. Meydan sahibləri 75-ci dəqiqədə Valentin Qomesin qolu sayəsində hesabı bərabərləşdiriblər.
Oyunun sonlarında "Betis"in hücumçusu Antoni qırmızı vərəqə alıb.
"Betis" (21 xal) La Liqada 5-ci yerdə qərarlaşıb. "Girona" (11 xal) isə turnir cədvəlində 18-ci pillədədir.
20:25
İspaniya La Liqasının XIII turunda “Oviedo” öz meydanında “Rayo Valyekano” ilə 0:0 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, meydan sahibləri görüşün yarısına yaxın hissəsini azlıqda keçiriblər.
53-cü dəqiqədə İlyas Şair qırmızı vərəqə ilə meydandan qovulub.
Matçın sonunda heyətlər bərabərləşib. 90+2-ci dəqiqədə Pate Siss qırmızı vərəqə alıb.
“Rayo Valyekano” (16 xal) La Liqada 12-ci yerə yüksəlib. “Oviedo” (9 xal) isə turnir cədvəlinin sonuncu pilləsində qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 24 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















