Icma.az
close
up
RU
Bu şəxs cəzadan azad edildi KONKRET

Bu şəxs cəzadan azad edildi KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

2022-ci il avqustun 30-da Yasamal rayonu ərazisində Araz İsazadənin qısqanclıq zəminində Nuridə Əhədovaya bıçaqla xəsarətlər yetirməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 144.1-ci (adam oğurluğuna cəhd) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı Araz İsazadə ifadəsində bildirib ki, 2012-ci ildə dayısının qızı ilə ailə qurub və bu nikahdan iki övladı dünyaya gəlib. Cütlük 2021-ci ilin iyul ayında boşanıb. Həmin ilin avqustun 31-də Araz dayısının nəvəsi Nuridə Əhədovanı Suvar rayonundan qaçıraraq Bakıya gətirib və aralarında rəsmi nikah olmadan dini kəbin kəsilib.

KONKRET.az xəbər verir ki, 2022-ci il mayın 21-də səhər evdən çıxarkən Nuridə normal şəkildə onunla sağollaşıb, lakin gün ərzində qadın evə qayıtmayıb. Araz evdə Nuridənin yazdığı bir qeyd tapıb. Qeydində qadın onun tərəfindən döyülməsi, söyülməsi və toy edilməməsi səbəbindən ayrıldığını yazıb.

Avqustun 26-da Araz avtomobili ilə hərəkətdə olarkən Nuridəni tibb mərkəzindən çıxarkən görüb və onu izləyərək harada yaşadığını müəyyən edib. Avqustun 30-da səhər saat 9 radələrində qadının iş yerinin qarşısına gələrək onu görüb. Nuridənin yanında bir nəfər kişi olub. Araz maşından düşərək qadını zorla avtomobilə mindirib. Hərəkət zamanı Nuridə qapını açaraq yola atılıb. Araz maşını saxlayaraq bıçaqla onun üstünə çıxıb və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb, lakin bir qədər sonra geri qayıdıb. Bu zaman yol-patrul xidmətinin əməkdaşları onu saxlayaraq 27-ci Polis Bölməsinə təhvil veriblər.

Zərərçəkmiş Nuridə Əhədova ifadəsində bildirib ki, Araz İsazadə özünü yalandan psixi xəstə kimi təqdim edir, əslində isə etdiyi hərəkətləri dərk edib.

Məhkəmə-psixiatriya ekspertizasının rəyinə görə, Araz İsazadə cinayət əməlini törədən zaman travma mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkib və anlaqsız vəziyyətdə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Araz İsazadə cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cəzadan azad edilib. Onun barəsində Binəqədi Rayon Psixiatriya Xəstəxanasında tibbi xarakterli məcburi müalicə tədbiri təyin olunub.

Ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri