Icma.az
close
up
RU
Qonaq gedən şəxslər parklanma üçün ödəniş etməməlidir Deputatdan TƏKLİF

Qonaq gedən şəxslər parklanma üçün ödəniş etməməlidir Deputatdan TƏKLİF

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Parklanma ilə bağlı problem kifayət qədər ciddidir. İnsanların narahatlığına, bir çox hallarda isə təbii olaraq narazılığına səbəb olur. Çünki artıq pulsuz parklanma imkanları xeyli azalıb. Hətta binaların yaxınlığında, həyətlərdə, sakinlərin evlərinə yaxın yerlərdə də maşın saxlamaqla bağlı problemlər yaşanır. Bununla bağlı ciddi narazılıqlar mövcuddur".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
"Qərara əsasən, həmin binalarda və ya yaxınlıqda yaşayan sakinlər üçün pulsuz parklanma imkanı yaradılıb. Yəni, sakinlər avtomobil nömrələrini əvvəlcədən qeydiyyata salmaqla evlərinin yaxınlığında pulsuz parklana bilirlər. Amma burada da müəyyən çətinliklər var. Məsələn, bir ailədə iki və ya üç avtomobil ola bilər, bəzən maşın dəyişə bilər və sistemdə yenidən düzəliş aparmaq lazım gəlir".
O bildirib ki, Azərbaycan cəmiyyətində qohumluq və qonaq getmək ənənəsi güclüdür:
"İnsanlar tez-tez valideynlərini, övladlarını, nəvələrini ziyarət edirlər. Belə hallarda, qonaqlar 3–5 saatlıq qaldıqları müddətdə yaxınlıqda parklanma yeri axtarmağa məcbur olurlar. Bu, həm çətinlik yaradır, həm də nəticədə pullu parklanma xidmətindən istifadə etmək məcburiyyəti doğurur.
Yəni, istənilən halda bu sistemin sadələşdirilməsinə ehtiyac var. Çünki əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır. Görülən işlər əksinə effekt verirsə, bu, narazılıq yaradır və müvafiq qurumlar bunu mütləq nəzərə almalıdır. Çünki büdcədən yararlanmalı olan vətəndaş bir çox hallarda əlavə olaraq öz şəxsi büdcəsindən xərcləməyə məcbur olur ki, bu da təbii narazılıq doğurur".
Deputat deyib ki, məsələ ilə bağlı problemlər təkcə sakinlərə deyil, yol kənarındakı obyekt sahiblərinə də təsir göstərir:
"Onlar dəfələrlə narahatlıqlarını bildiriblər. Obyektlərin qarşısında avtobus və ya xüsusi hərəkət zolaqlarının çəkilməsi faktiki olaraq həmin obyektlərin fəaliyyətini çətinləşdirir. Əgər yaxınlıqda parklanma yeri yoxdursa, obyektin qarşısına avtomobillə daxil olmaq mümkün deyilsə və hətta bir neçə saniyəlik kimisə düşürmək üçün dayananda dərhal cərimə yazılırsa, bu, heç bir məntiqə sığmır. Nəticədə obyekt sahibləri də çıxılmaz vəziyyətə düşür.
Ümumilikdə ictimai rəy göstərir ki, Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər mövcuddur. Bundan əlavə, yol infrastrukturu və AYNA-nın fəaliyyətində də bir sıra nöqsanlar var ki, bu da narahatlığa səbəb olur. Əks halda, vətəndaş bütövlükdə bu prosesdən və bu istiqamətdə aparılan siyasətdən narazı qalır.
Çünki şəxsi büdcəyə əlavə yük düşür, hərəkət məhdudiyyəti yaranır, sahibkar obyektindən tam istifadə edə bilmir. Bu isə yolverilməzdir. Müvafiq dövlət qurumları mövcud durumu yaxşılaşdırmalı və ən əsası vətəndaş məmnunluğunu təmin etmək istiqamətində addımlar atmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri