Bu şəxslər hərbihəkim komissiyasının müayinəsinə göndərilməyəcəklər
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.
Ölkə.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iplenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mürtəza
Ölkə.Az

Bu şəxslər hərbihəkim komissiyasının müayinəsinə göndərilməyəcəklər
10 Dekabr 2024 13:16

