Icma.az
close
up
RU
Bu şəxslər risk qrupundadır Yeni virusun təhlükələri

Bu şəxslər risk qrupundadır Yeni virusun təhlükələri

Icma.az, Metbuat saytına istinadən bildirir.

Çin, Qazaxıstan və Qızğızıstanda yayılan yeni virus insanları təşvişə salıb. Belə ki, hazırda ölkəmizdə qripə oxşar simptomlarla müşahidə olunan xəstəliyə yoluxanların sayı artıb. Metapnevmovirus olduğu da ehtimal edilən bu yoluxucu xəstəliyin səbəbi nədir və hansı risk qruplarını əhatə edir?

Mövzu ilə bağlı infeksionist həkim Vasif Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, yeni virus RSV virusu ilə eyni ailədəndir, yuxarı və aşağı tənəffüs yolları infeksiyasına, hətta pnevmoniyaya səbəb ola bilər:

“Əsas önəmli məqam budur ki, bu xəstəlik hava damcı yolu ilə yoluxur. 5-9 günlük inkubasiya dövrü doğrudur. Uşaqlar, immunpressiv dərman istifadə edən xəstələr, orqan alıcıları xroniki, xəstəliyi olanlar bu dönəmi daha ağır formada keçirə bilərlər. Əsas əlamətlərə öskürək, burun axıntısı, nəfəs darlığı, xışıltı, temperatur aiddir. Ancaq bu əlamətlər başqa viruslarda da görülə bilir. Ona görə sadəcə əlamətlərə görə bu virusu söyləmək çətindir, odur ki, bunu ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Respirator panel götürmək lazımdır, hansı ki, kovid dönəmində də götürülürdü. Burundan yaxma vasitəsilə hansı virusun bunu törətdiyini dəqiq söyləmək mümkündür”.


Həkim qeyd edib ki, xüsusilə də uşaqlarda xəstəlik daha ağır keçir və xroniki, immunsupressiv xəstəliyi olan kəslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir:

“Amma xəstəliyi olmayanlarda, uşaq vaxtı bu xəstəliyi keçirənlərdə davamlı bir qoruyucu antitel olur və onlar xəstəliyi daha yüngül formada keçirirlər. Müalicə yolları isə simptomatikdir və dəqiq bir antiviral yoxdur. Eyni zamanda virusa görə konkret olaraq təsdiqlənmiş hər hansı bir peyvənd yoxdur. Birinci növbədə xəstəliyə yoluxmamaq lazımdır. Buna görə də xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq sadəcə bu virusdan deyil, digər viruslardan da qoruyacaq. Amma məsafənin gözlənilməsi, maska istifadəsi – COVID19 dönəmində alışdığımız o tədbirlər təkrar gündəmə gələ bilər”.

Vasif Əliyev tövsiyə edib ki, xəstə insanlar ev şəraitində qalsınlar:

“Bu insanlar çox sürətli şəkildə başqa insanlara virus ötürə bilərlər, ona görə də birinci növbədə xəstə insanların izolyasiyası ən doğru addım olar. Hətta unutmayaq ki, uşaqlar və immunsupressiv xəstələr sağaldıqdan sonra belə virus daşıyıcı ola bilərlər. Bu baxımdan sağalan insanları da mütləq nəzarət altında saxlamaq lazımdır. Həmçinin xəstəliyin erkən mərhələsində antibiotik, gərəksiz sistem müdaxilələr, xüsusilə də steroid istifadə edilməsi xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicə, bol maye qəbulu və istirahət rejimi ən doğru seçimdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri