Yeni ölümcül qrip yayıldı Bu şəxslər RİSK altında
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Yeni qrip ştammı dünyada tüğyan edir. Həkimlər daha sürətlə yayılan aqressiv qrip ştammı ilə bağlı narahatlıqlarını bildirirlər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da həkimlər yeni, daha aqressiv qrip alt tipinin — “K variantı”nın yayılması barədə xəbərdarlıq edirlər. Xəstəlik xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir.
Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, ABŞ Prezidenti Donald Trampın administrasiyası vaksinlərin effektivliyini açıq şəkildə şübhə altına alır. Amerikalı həkimlər bildirirlər ki, “K variantı” xəstəliyin ağır gedişinə və fəsadlara səbəb ola bilər.
Dr. Mora şərhində üç əsas simptomu qeyd edib ki, bu əlamətləri görən şəxslər dərhal tibbi yardıma müraciət etməlidir:
Davamlı yüksək hərarət, antipiretik dərmanlarla belə düşməyən;
Tənəffüs problemləri, xüsusilə nəfəs darlığı və güclü öskürək;
Ağır susuzluq əlamətləri — yemək və su qəbul etməmək, halsızlıq və ya şüurun qarışması, xüsusilə uşaqlarda.
Həkimin sözlərinə görə, əlavə narahatedici siqnallar arasında sinədə ağrı, sidik ifrazının olmaması və güclü əzələ zəifliyi də var — belə hallarda təcili tibbi yardım tələb olunur. Hələki mövcud vaksinlər xüsusi olaraq “K variantı”na uyğunlaşdırılmayıb, lakin həkim Maniar peyvənddən imtina etməməyi tövsiyə edir.
O bildirir ki, vaksinasiya xəstəliyin ağır gedişatının və xəstəxanaya düşmə riskinin əhəmiyyətli dərəcədə azalmasına kömək edir. Eyni zamanda, həkimlər qeyd edirlər ki, virus daha aqressiv hala gələn dövrdə peyvənd olunma səviyyəsi azalır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















