Bu şəxslər üçün sosial sığorta haqqı artırıldı
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Gələn il yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları artırılır.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılır.
Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilir.
Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur
2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
Digər şəhər və rayonlarda – 1,0.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Baxış sayı:85
Bu xəbər 21 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















