Icma.az
close
up
RU
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək

Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Xaricdə ali təhsil alıb məzun olan Azərbaycan respublikası vətəndaşlarının hərbi xidmət müddəti və qaydaları cəmiyyətdə tez-tez müzakirə olunan vacib mövzulardandır. Ölkə qanunvericiliyinə əsasən, çağırışçıların hərbi xidmət müddəti birbaşa onların rəsmi şəkildə tanınan təhsil səviyyəsindən asılıdır. Mövcud hüquqi normativlərə görə, ali təhsilli şəxslər üçün xidmət müddəti bir il, ali təhsili olmayanlar üçün isə bir il altı ay təyin edilib. Lakin xaricdə təhsil alan məzunlar üçün bu müddətin müəyyənləşdirilməsində əsas həlledici məqam diplomun ölkə ərazisində rəsmi şəkildə tanınması, yəni nostrifikasiya olunmasıdır.

“Yeni Sabah” xəbər verir ki, xaricdə alınan ali təhsil sənədinin Azərbaycan Respublikasında hüquqi qüvvəyə minməsi üçün Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq prosedur həyata keçirilməlidir.

Əgər vətəndaş xarici universiteti bitirdikdən sonra müraciət etməzsə, yaxud müraciəti zamanı təhsil forması, tədris dili, ölkədə qalma müddəti və ya universitetin akkreditasiyası kimi meyarlar standartlara cavab vermədiyinə görə mənfi cavab alarsa, həmin diplom ölkə ərazisində etibarsız sayılır. Bu halda dövlət qurumları həmin şəxsin ali təhsilini rəsmi olaraq tanımır. pizza

Diplomun tanınmaması birbaşa hərbi mükəlləfiyyət məsələlərinə təsir edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçının statusunu təsdiqlənmiş sənədlər əsasında müəyyənləşdirir. Rəsmi olaraq tanınmış ali təhsil diplomu təqdim edilmədikdə, həmin şəxs hüquqi baxımdan ali təhsilsiz çağırışçı statusunda qeydə alınır. Nəticədə xaricdə universitet bitirməsinə baxmayaraq, diplomu təsdiqlənməyən vətəndaşlar həqiqi hərbi xidmətə ümumi əsaslarla, yəni bir il altı ay müddətinə çağırılırlar.

Xaricdə əyani formada bakalavr və ya magistr təhsili alan gənclərə təhsil müddəti ərzində çağırışdan müvəqqəti möhlət hüququ verilir. Lakin təhsil başa çatdıqdan sonra möhlət hüququ avtomatik olaraq ləğv edilir və hərbi xidmətə çağırış prosesi başlayır. Müddətin bir il kimi hesablanması üçün çağırışçı hərbi komissarlığa qədər diplomun tanınması haqqında şəhadətnaməni təqdim etməlidir. Arayışın vaxtında təqdim olunmaması və ya nostrifikasiya prosesinin rədd edilməsi hərbi xidmət müddətinin avtomatik olaraq bir il altı aya qədər uzanması ilə nəticələnir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Sentyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri