Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək Video
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.
Axar.az Baku TV-yə istinadən xəbər verir ki, hüquqşünas Sahib Məmmədov sözügedən müavinətin əvvəllər də olduğunu deyib.
Lakin indiyədək bu məbləğ əmək haqqının azı 2 misli qədər idi.
Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 29 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















