Icma.az
close
up
RU
Azərbaycan Aİ əməkdaşlığı: İqtisadi prioritetlər, yoxsa təhlükəsizlik?

Azərbaycan Aİ əməkdaşlığı: İqtisadi prioritetlər, yoxsa təhlükəsizlik?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında aparılan danışıqlar ölkənin regional və beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Enerji resurslarının ixracı, ticarət əlaqələrinin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları bu dialoqu strateji səviyyəyə qaldırır.

Bakı üçün əsas sual ondan ibarətdir ki, Aİ ilə münasibətləri formalaşdırarkən hansı prioritetlər daha çox diqqət mərkəzində olmalıdır: iqtisadi və enerji sahəsindəki əməkdaşlıq, yoxsa təhlükəsizlik və geosiyasi stabilik?

Bu istiqamətdə Azərbaycanın strategiyasını müəyyənləşdirmək yalnız Qərblə münasibətlərin keyfiyyətini deyil, həm də regiondakı rolunu və tərəfdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə təsir edə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Avropa İttifaqı dünyada aparıcı güc mərkəzlərindən biridir: 

"Amma ABŞ və NATO kimi hərbi və təhlükəsizlik imkanları baxımından daha az fəaldır, əsas gücü iqtisadi sahədədir. Ona görə də mən düşünürəm ki, ABŞ ilə münasibətlərdə əsas diqqət iqtisadi maraqlara yönəldilməlidir".

Onun sözlərinə görə, təhlükəsizlik məsələlərini də gözardı etmək olmaz. Sabitləşdirici münasibətlərdə bu, vacib bir məqamdır və bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilməlidir: 

"Lakin əsas ağırlıq iqtisadi sahədə olmalıdır, xüsusən Cənub qaz dəhlizi, "Yaşıl enerji" və Xəzər-Qara dəniz layihələri kimi strateji məsələlərdə. Bu sahələr həm ABŞ üçün, həm də Azərbaycan üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir".

Mübariz Göyüşlü: Azərbaycan Avropa İttifaqı ilə təhlükəsizlik dialoqunu da inkişaf etdirə bilər

Həmsöhbətimiz qeyd edib ki, Bakıda münasibətlərdə əsas tərəfdaşlardan biri olaraq bu məsələlərə aktiv yanaşmaq və əməkdaşlığı gücləndirmək vacibdir: 

"Eyni zamanda, ticarət, investisiya və texnologiya sahələrində Avropa İttifaqı ilə əməkdaşlıq davam etdirilə bilər. Regional sabitlik və təhlükəsizlik məsələləri də həm Avropa İttifaqı, həm də Azərbaycan üçün önəmlidir və bu sahələrdə də əməkdaşlıq mümkündür".

Mübariz Göyüşlü onu da vurğulayıb ki, bununla yanaşı, Rusiya və İranın bölgədə təsirini nəzərə alaraq diplomatik dəstək və balanslaşdırılmış yanaşma faydalı olar:

"Azərbaycan Avropa İttifaqı ilə təhlükəsizlik dialoqunu da inkişaf etdirə bilər. Yenə də əsas prioritet iqtisadi və enerji əməkdaşlığı üzərində olmalıdır".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri