Icma.az
close
up
RU
Bu şəxslərə mənzil veriləcək

Bu şəxslərə mənzil veriləcək

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.

Sosial müavinətlərin unifikasiyası ilə əlaqədar olaraq, “Sosial müavinətlər haqqında” qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.

Əlavə olaraq 2008-ci il sentyabrın 1-dən Prezidentin müvafiq fərmanları ilə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aylıq Prezident təqaüdü təsis edilib. Sözügedən şəxslərə Prezident təqaüdü ilə yanaşı müvafiq əmək pensiyası da ödənilir.

Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, habelə əlilliyi müəyyən edilmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunurlar. Həmçinin 7-ci maddənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğvində iştirak etmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilirlər.

Mənzil Məcəlləsinin 51.3-cü maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirildiyi müəyyən edilsə də, qanunda bununla bağlı hər hansı dəyişiklik həyata keçirilməyib.

Beləliklə layihə uyğunsuzluqların aradan qaldırılması, köhnəlmiş normaların yeni qanunvericilik normalarına uyğunlaşdırılmaqla Qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see134

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see129

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see126

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see126

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see125

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see123

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see120

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see119

Nə vaxt dayanacaqlarını bilmirlər və...donuz olurlar...

18 İyun 2025 21:35see118

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see117

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see116

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

İyulun 1 də quru sərhədlər açılacaq?

18 İyun 2025 21:27see112

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

Azərbaycan təbabətinin dünya şöhrətli cərrahı

19 İyun 2025 01:57see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri