Icma.az
close
up
RU
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti may ayında keçirilən monitorinqin nəticələrini açıqlayıb

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti may ayında keçirilən monitorinqin nəticələrini açıqlayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) monitorinq sektorunun müdiri Elmar Orucov sosial media vasitəsilə yayımlanan videohesabatda 2025-ci ilin may ayında həyata keçirilən monitorinqin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, qurum rəsmisinin məlumatına əsasən, ötən ay ölkə üzrə ümumilikdə 4766 nöqsan qeydə alınıb. Bu da aprel ayı ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. Belə ki, aprel ayında 1941 nöqsan aşkar edilmişdi. Aşkarlanan nöqsanlara əsasən su mənbələrinin çirkləndirilməsi, su mühafizə zonalarının zəbt olunması və ya zibillənməsi, su təsərrüfatı obyektlərinə qanunsuz qoşulmalar və digər oxşar hallar daxildir.

Elmar Orucov bildirib ki, aparılan monitorinqlər nəticəsində aşkarlanan nöqsanların təxminən 15 faizi vətəndaşların öz təşəbbüsü ilə aradan qaldırılıb. Digər halların həlli istiqamətində isə Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 4 iyun tarixli, 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görüləcək.

Qurum rəsmisi əlavə edib ki, ölkənin su təhlükəsizliyinin təmin olunması, keyfiyyətli içməli və suvarma suyuna çıxışın təmin edilməsi, habelə ədalətli su paylanmasının həyata keçirilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən respublika ərazisində mütəmadi monitorinqlər aparılır.

Videohesabatda vətəndaşlara su ehtiyatlarından səmərəli istifadə etmələri, su israfçılığına yol verməmələri, su mənbələrini çirkləndirməmələri tövsiyə edilib. Həmçinin belə hallarla qarşılaşdıqda əvvəlcə marifləndirmə, bu yetərli olmadıqda isə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə məlumat verilməsi çağırışı edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see136

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see133

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see128

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see127

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see127

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see124

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see122

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see120

3 qüvvə hərəkətə keçir: İranda bu dövləti qurmaq istəyirlər DETALLAR

19 İyun 2025 10:46see117

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see116

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see114

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

Azərbaycan təbabətinin dünya şöhrətli cərrahı

19 İyun 2025 01:57see111

İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ FOTO

19 İyun 2025 10:06see111

Avrasiyada çağdaş sabitliyin 3 dayağı

19 İyun 2025 01:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri