Bu şəxslərə sosial kirayə müqaviləsi ilə MƏNZİL VERİLƏCƏK
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Fevral 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















