Bu şəxslərə ŞAD XƏBƏR ABŞ da yaşamaq istəyirsinizsə… KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp xarici sərmayədarlar üçün nəzərdə tutulmuş xüsusi “qızıl kart” proqramını rəsmən istifadəyə verib. Proqram çərçivəsində ən azı 5 milyon dollar dəyərində investisiya yatıran xarici vətəndaşlar ABŞ-da yaşayış icazəsi və gələcəkdə vətəndaşlıq hüququ qazanmaq imkanı əldə edəcəklər.
KONKRET.az xəbər verir ki, Tramp kartın əsas məqsədinin “ABŞ iqtisadiyyatına yüksək həcmdə kapital axınını təşviq etmək” olduğunu bildirib. O, bu təşəbbüsün ölkəyə “ən zəngin və uğurlu iş adamlarını cəlb edəcəyinə” əminliyini vurğulayıb.
Yeni proqram həmçinin ABŞ-da yeni iş yerlərinin yaradılması, innovativ layihələrin dəstəklənməsi baxımından da mühüm alət kimi qiymətləndirilir. Proqramın şərtləri və müraciət proseduru ilə bağlı ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 İyun 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















