Bu şəxslərə yeni vəzifə verilir SİYAHI KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb.
KONKRET.az xəbər verir ki, bununla bağlı məsələ bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna əsasən, Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfəri 6 il müddətinə təsdiq etməlidir.
Baxış sayı:25
Bu xəbər 19 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















