Icma.az
close
up
RU
Bu simptomlar varsa, ürəyiniz TƏHLÜKƏDƏDİR

Bu simptomlar varsa, ürəyiniz TƏHLÜKƏDƏDİR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Ürək çatışmazlığı bir çox hallarda gizli inkişaf edir və onun simptomları tez-tez digər xəstəlik və pozulmalarla səhv salınır.

Lakin ürək çatışmazlığı vaxtında aşkar olunmadıqda çox ağır fəsadlara və hətta insanın ölümünə səbəb ola blər. Bu haqda ABŞ-ın MemorialCare Ürək və Damarlar İnstitutunun kardioloqu Robert Qrinfild məlumat verib.

Həkim qeyd edib ki, ürək çatışmazlığı istənilən yaşda, hətta uşaqlarda inkişaf edə bilər. Ürək çatışmazlığı zamanı ürək öz «nasos» funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Bunun nəticəsində müxtəlif orqanların oksigen və qidalı maddələri ilə təmin olunması azalır, orqanizmdə müxtəlif pozulmalar inkişaf etməyə başlayır.

Doktor Qrinfild bildirir ki, hər bir insan ürək çatışmazlığına işarə edən simptomları bilməli və bu simptomlar üzə çıxdıqda vaxt itirmədən həkimə müraciət etməlidir. Saglamolun.az xarici KİV-lərə istinadla bu simptomları ilə oxucularını tanış edir:

- Nəfəsalma problemləri. İnsan hiss edir ki, nə qədər dərin nəfəs alsa da ona sanki hava çatmır.

- Uzanaq vəziyyətdə təngənəfəslik, boğulma hissi. İnsan bir neçə yastıqdan istifadə etməyə, yarıoturaq vəziyyətdə yatmağa məcburdur.

- Ayaq və əllərin şişməsi. Ürəyin fəaliyyəti zəifləyəndə orqanizmdə artıq maye yığılır.

- Çəkinin səbəbsiz olaraq artması. Bunun də səbəbi orqanizmdə artıq mayenin yığılmasıdır.

- Sidik ifrazının artması, xüsusilə gecə saatlarında.

- Həzm sistemində pozulmalar. Ürək zəifləyəndə həzm sisteminə daha az qan çatır. Bu səbəbdən insanda mədə pozulması,iştahasızlıq, ürək bulanması və qəbizlik kimi simptomlar inkişaf edə bilər.

- Yorğunluq. Orqanizm ürəyin fəaliyyətini kompensasiya etmək və daha vacib orqanları qanla təmin etmək üçün əzələ və ətrafların qan dövranını zəiflədir  ki, bu da süstlük və yorğunluğa səbəb ola bilər.

- Yaddaşsızlıq. Beyin orqanizmdə ən çox qana ehtiyacı olan orqandır. Bu səbəbdən qan dövranının zəifləməsi ilk olaraq beyinin fəaliyyətinə mənfi təsir edir ki, nəticədə başgicəllənməsi, yaddaş və konsentrasiyanın zəifləməsi mümkündür.   

- Soyuq əl və ayaqlar. Alim bildirib ki, bu çox xarakterik simptomdur. Ayaq və əlləriniz daim soyuqdursa, mütləq ürəyinizi yoxlayın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri