Bu şirkət kütləvi ixtisara hazırlaşır
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Heineken” təxminən 6000 nəfəri işdən çıxaracaq.
Banco.az xəbər verir ki, Niderland mərkəzli “Heineken” qlobal fəaliyyətində genişmiqyaslı yenidənqurma prosesinə başlayaraq qarşıdakı iki il ərzində 5 min ilə 6 min arasında əməkdaşı ixtisar edəcəyini açıqlayıb. Şirkətin yaydığı bəyanatda əməliyyat xərclərinin azaldılması və mənfəətliliyin qorunub saxlanılması üçün ixtisarların qaçılmaz olduğu bildirilib.
Qeyd olunub ki, qlobal fəaliyyət sahələrində aparılacaq genişmiqyaslı struktur dəyişiklikləri çərçivəsində yaxın iki il ərzində minlərlə əməkdaşla yollar ayrılacaq.
“Heineken” son dövrlərdə dünya üzrə pivə istehlakının azalması və istehlakçı davranışlarının dəyişməsi fonunda çətin mərhələdən keçir. Ötən il şirkətin qlobal satış həcmi təxminən 1,2 faiz azalıb.
Xüsusilə Şimali və Cənubi Amerika, eləcə də Avropa bazarlarında tələbin daralması şirkətin maliyyə balansına ciddi təzyiq göstərməkdə davam edib.
Buna baxmayaraq, şirkət 2025-ci ili təxminən 34,2 milyard avro dövriyyə və 1,9 milyard avro xalis mənfəətlə başa vurub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Fevral 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















