Icma.az
close
up
RU
Bu şirkətlər cərimələndi Məhsulları baha satırdılar

Bu şirkətlər cərimələndi Məhsulları baha satırdılar

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

***

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Dərman vasitələri haqqında” haqqında qanuna əsasən, "Zeytun Pharmaceuticals" MMC barəsində dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması ilə bağlı inzibati xəta protokolu tərtib edib.

Məlumata görə, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb.

***

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, "Grand-Mart" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Məlumata görə, "Grand-Mart"da müştəriyə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

***

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.

Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən edilib.

***

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması halı ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri