Bu süni maneə yalnız avtoxuliqanları cəzalandırır FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sürücüləri sürəti azaltmağa məcbur etmək üçün yollarda süni maneələr quraşdırılır. Bunlar sürəti azaltmaq baxımından müəyyən qədər səmərəli olsa da, avtoimobillərin asqısını dağıdır.
Avtosfer.az xəbər verir ki, buna da çarə tapılıb. Fransanın Nansi Universitetinin 2 tələbəsi yalnız sürət həddi aşıldıqda aktivləşən maneəni patentləşdirib.
İş mexanizmi belədir: süni maneə radarla təchiz edilib. Yaxınlaşan avtomobilin sürəti yolverilən həddədirsə, o zaman maneə standart 3 santimetr səviyyəsində qalır. Bununla da, lüzumsuz tormozlamanın qarşısı alınır. Sürücü gəldiyi sürətlə yoluna davam edir.
Sürət həddi aşıldığı təqdirdə isə maneə 9 santimetrədək yüksəlir. Bu da avtomobilin asqı sisteminə zərər verir. Sürücü də tormozlamaq məcburiyyətində qalır.
Layihənin müəllifi olan tələbələrə işlərini təkmilləşdirmək üçün 3000 avro subsidiya verilib.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 06 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















