“Bu tarixi qərar idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir”
Icma.az bildirir, Sportal.az portalına istinadən.
AFFA-nın prezidenti Rövşən Nəcəf 20 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci ildə keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi etməsinə dair FIFA İcraiyyə Komitəsinin qərarı ilə bağlı paylaşım edib.
Sportal.az federasiya rəhbərinin fikirlərini diqqətinizə çatdırır:
“FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.
Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.
Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















