Icma.az
close
up
RU
İdmana göstərilən diqqət və qayğının təzahürü

İdmana göstərilən diqqət və qayğının təzahürü

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımları və uğurlu nəticələrıni bir daha diqqətə çatdırdı:“2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.”

Ölkə Prezidentimizin qeyd etdiyi kimi, idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırlar.Bəli, artıq Azərbaycan idmançıları beynəlxalq tədbirlərdə, platformalarda müzəffər qalib ölkənin təmsilçiləri kimi iştirak edir, böyük uğurlara imza atırlar. Bu uğur, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi gənclər siyasətinin göstəricisidir. Bu siyasətdən bəhrələnən Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər.

Sözsüz ki, dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycan idmançılarının qazandığı uğurlar dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğının təzahürüdür. Məhz bunun üçün də hər bir sahədə olduğu kimi, Azərbaycanda idmanın tarixində də şərəfli səhifələr yazılıb, ölkəmizdə idman və olimpiya hərəkatının inkişafında böyük nailiyyətlər əldə edilib.

Azərbaycan 2025-ci ildə növbəti böyük idman yarışına -Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Nizami yurdu Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Ölkə Prezidentimiz cənab İlham Əliyev xüsusi ilə vurğulayıb: “Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.”

7 min idmançının iştirakı gözlənilən mötəbər tədbirinin reallaşacağı qədim Gəncə şəhərinin idmançılarının hər zaman qazandıqları qələbələr xalqımıza sevinc bəxş edib. Gələn ildə artıq Gəncə Üçüncü MDB Oyunlarının keçirildiyi məkan olacaq. Ən başlıcası dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycanın idman tarixinin daha bir şanlı səhifəsi yazılacaq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri