Icma.az
close
up
RU
Bu, təhsil proqramlarımızın yenilənməsində xüsusi rol oynaya bilər Deputat

Bu, təhsil proqramlarımızın yenilənməsində xüsusi rol oynaya bilər Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə Ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezedentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilmişdir. Təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir və bu proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Parlamentari bildirib ki, bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər:

"Son dövrlərdə yeni texnologiyaların və modellərin geniş yayılması iqtisadiyyatda ciddi dönüş yaradıb. Süni intellekt, maşın öyrətməsi, böyük göstəricilərin analizi, əşyaların interneti, robotlaşma, additiv və biotexnologiyalar təkcə radikal şəkildə ənənəvi zahiri görünüşə transformasiya olunmur, həm də yeniliklərin ortaya çıxmasına səbəb olur. Nəticədə əmək bazarında əsaslı sıçrayışlar yaranır, xeyli ixtisaslar keçmişdə qalır, yeni kompetensiyalara təlabat artır. Dünya təhsil sistemi üçün “təhsil proqramlarının dizayneri” anlayışı yeni anlayış olsada artıq inkişaf etmiş ölkələrin təhsil sistemində çox geniş istifadə olunur. Və bu anlayış orta təhsil proqramlarımızın yenilənməsində xüsusi rol oynaya bilər. Əslində ölkəmizin təhsil sistemində mövcud paradiqmalar öyrənilir və tətbiq edilir. Azərbaycanın bir neçə rayonunda yerləşən məktəbliseylərdə STEAM kabinetlər formalaşıb. STEAM: S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), M-mathematics (riyaziyyat). STEAM təbiət elmləri və texnologiyanı, texniki yaradıcılıq və riyaziyyatı birləşdirən sahələrarası yanaşmadır. STEAM texniki fənlərin populyarlaşdırılması üçün hüdudsuz imkanlara malikdir. Haqlı suallar ortaya çıxır: Gələcəkdə hansı ixtisaslara təlabat daha çox olacaq? Tələbələrə nələri öyrətmək lazımdır ki, universitetdən ayrılanda bilik və bacarıqları uzun illər yetərli olsun? Tətbiqi riyaziyyat, fizika və elektronika, informatika və biznes-informatika, iqtisadiyyat və maliyyə, menecment, təhsilin idarə olunması, ictimai və humanitar elmlərin tədrisi çağımızın tələblərinə bütövlükdə cavab vermir. İxtisasların kvalifikasiyasına diqqət edəndə ilk baxışdan görürük ki, bunlar uzun illərdir ki, mövcuddur. Lakin son illər yeni məzmuna qoyulan tələblər, həm də yeni istiqamətlərin yaranmasını zəruri edib. Bu istiqamətlərə təlabat ilbəil artır və 5-10 ildən sonra inanılmaz həddə gəlib çatacaq. Dünya Bankının tədqiqatlarına görə təhsil xidmətərinin Qlobal bazarı hər il 10-12 faiz genişlənir. Zərurətlə əlaqədar ali təhsildə idarəetmənin və tədrisin keyfiyyətinin yaxşılaşdırılması tələbinə uyğun olaraq tədqiqatçılar və analitiklər yeni paradiqmaları dərindən öyrənməli və tətbiq etməlidirlər. Ali məktəblərdə idaretmə funksiyası daşıyan mütəxəssislərdə təhsil proqramlarının dizayını bacarıqları formalaşdırılmalıdır. Fikrimcə bu cür bacarıqların formalaşdırılması üçün drayverlər, baryerlər, mütəxəssislərin həll edəcəyi məsələlər və zəruri kompetensiyalar işlənməlidir.

Drayverlər: Azərbaycanda təhsil proqramları təhsil sistemində qloballaşma və son dərəcə vacib olan rəqabətə davamlılıq zərurətini nəzərə almalıdır, regional səviyyədə ali təhsilin inkişafı və aparıcı ali məktəblərə dövlətin əsaslı dəstəyi vacibdir, onlayn-təhsilin inkişafı və s.

Zəruri kompetensiyalar: Pedaqoji dizayn və modelləşmə metodlarının öyrənilməsi, rəqəmsal texnologiyaların təhsil sistemindəki rolunun anlaşılması, əhalənin təhsil təlabatlarının öyrənilməsi bacarıqları, öyrətmədə motivasiya aspektlərinin anlaşılması, təhsil siyasətində qanunvericilik bazasını bilmək, təhsil proqramlarının effektif realizə olunmasının qiymətləndirmə metodlarını bilmək, layihə və analitik sənədlərin hazırlanmasını bacarmaq və s. Bəs burada tyutorların rolu nədən ibarət olacaq? Tyutor təhsil proqramlarının və tədris planlarının işlənməsini təşkil edir və ən əsası isə təhsil prosesindəki münaqişələrdə mediator rolunu oynayır.

Drayverlər: Fasiləsiz təhsil konsepsiyasının inkişafı, bir sıra intellektual peşələrdə əmək bazarı və ali təhsil sahəsində qloballaşmanın əhəmiyyəti, onlayn formatda proqram və kursların sayının sürətlə artırılması, özəl təhsil sisteminin inkişafı.

Zəruri kompetensiyalar: Təhsil prosesinin planlaşdırılması və monitorinqinin aparılması bacarıqları, təhsil texnologiyaları haqqında bilgilər, tədris-metodik ədəbiyyatlarla işləmək bacarığı, şagird müəllim və valideyn münasibətlərinin sağlam mühitdə inkişafı, rəqəmsal və distant öyrətmə vasitələri ilə işləmək bacarıqları. Düşünürəm ki, “Gələcəyin ixtisasları”nın atlasını yaratmaq üçün tədris proqramlarının rasional dizaynerlərə təlabat var və bu prosesdə tyutorların rolu danılmazdır". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri