Icma.az
close
up
RU
“Azərbaycan Yaxın Şərqdə sülhün formalaşmasında ciddi rol oynaya bilər” Deputat

“Azərbaycan Yaxın Şərqdə sülhün formalaşmasında ciddi rol oynaya bilər” Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

“Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Misirə səfəri ölkəmizə olan yüksək diqqətin, etimadın və onun beynəlxalq nüfuzunun bariz göstəricisidir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat əlavə edib ki, Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb.

“Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib. Bu, ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Misirə həyata keçirilən bu səfər həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur. Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir. Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir”, - deputat söyləyib.

Əlavə edib ki, Azərbaycanın əksər müsəlman ölkələri ilə çox yaxın münasibətləri var. Eyni zamanda, ölkəmiz həm İsrail, həm Fələstin, həm Suriya ilə yaxşı əlaqələrə malikdir:

“Azərbaycan İsrail-Suriya münasibətlərinin normallaşmasında mühüm rol oynayır, getdicə Yaxın Şərqdə rolunu daha da artrır, bu prosesi öz töhfəsini verməyə çalışır. Ölkəmizin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsinin əsas səbəblərindən biri də məhz bu amildir ki, Azərbaycan Yaxın Şərqdə sülhün formalaşmasında ciddi rol oynaya bilər”.  

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri