Icma.az
close
up
RU
Bu tərəfdən əhali susuzluqdan əziyyət çəkir, o biri tərəfdə su deşik borularda su fontan vurur Video

Bu tərəfdən əhali susuzluqdan əziyyət çəkir, o biri tərəfdə su deşik borularda su fontan vurur Video

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Xeyli vaxtdır ki, ölkədə ciddi su qıtlığı müşahidə olunur. Xüsusən qızmar yay günlərində əhali günlərlə, bəzən həftələrlə susuzluqdan əziyyət çəkir. Sosial media yayılan video və fotolardan görünür ki, insanlar uzun məsafələrdən vedrələrlə su daşımaq məcburiyyətində qalır.

Bizimyol.info xəbər verir ki, susuzluq problemi həm paytaxtda, həm də bölgələrdə yaşanır. Şabran rayonunun əhalisi istər içməli, istərsə də təsərrüfatda su çatışmazlığından əziyyət çəkir. Belə bir vəziyyətdə Şabran rayonunda uzun müddətdir ki, çox böyük həcmdə su itkisinə yol verilir.

Su borusunun Şabranın dağ kəndlərindən keçən hissəsi bir neçə yerdən xeyli vaxtdır partlayıb. O yerlərdən çox böyük həcmdə fəvvarə şəklində su axır. Lakin bu israfçılıq heç kimi maraqlandırmır.

Ətrafda yaşayan sakinlərin bildirdiyinə görə, bu cür israfçılıq aylardır ki, davam edir: “Düzü, biz bilmirik ki, o borunun içindən axan içməli sudur, yoxsa təsərrüfat üçün olan su. Təyinatı nə olursa olsun, birincisi, israfçılıqdır. İkincisi, burada əhali istər içməli su, istərsə də əkin-biçini suvarmaq üçün məəttəl qalıb. Bunların vecinə gəlmir ki, o qədər su fontan vurur. İnsan baxanda ürəyi ağrıyır”.

Bakının Binəqədi qəsəbəsinin sakini Xalid Qarayev bildirir ki, yaşadığı məhəllədə hər gün 100 kub metr içməli su itkisi qeydə alınır. Bu barədə müvafiq qurumlara müraciətləri isə heç bir nəticə vermir: “Səlahiyyətlilər bu halı aradan qaldırmaqda maraqlı deyil. Səbəbi çox sadədir: bütün məhəllə yeni su xətləri ilə təmin olunsa da, köhnə xəttin üzərində sayğacı olmayan 10-15 adam kef çəkir. Qarşılığında isə kimlərinsə cibinə 5-10 manat pul gəlir. Köhnə xətt də bu gündə, hər tərəfdən fontan vurur...”

Xalid Qarayev sosial şəbəkələr vasitəsilə də səlahiyyət shiblərinə müraciət edib, lakin bu müraciətləri də nəticəsiz qalıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri