Icma.az
close
up
RU
Bu təsərrüfat subyektləri barəsində QƏRAR VERİLDİ KONKRET

Bu təsərrüfat subyektləri barəsində QƏRAR VERİLDİ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərini pozduğuna görə bir sıra təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Agentliyə daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti – “Baku Electronics” MMC, “ABC Telecom” MMC, “Trust Lux” MMC, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu,Qurbanov Vüsal Nəriman oğluvə Vəliyev Dadaş Azadəli oğlubarəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.

İşə baxılmanın yekununda“Baku Electronics” MMC tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunub.

Həmçinin“ABC Telecom” MMC tərəfindən “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratının yaradıldığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən edilib.

“Trust Lux” MMCtərəfindən isə “Y.A.Ş” əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edilərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb, eləcə də məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə istehlakçılar çaşdırılıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Bundan əlavə, sahibkar Quliyev Pərviz Məmmədhüseyn oğlu fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus “ZAGAR BAKU” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və Rəqabət Məcəlləsinin tələblərini pozub.

Digər sahibkar Qurbanov Vüsal Nəriman oğlu“AUXs” adlı kontrafakt kondisionerlərin satışı zamanıAzərbaycan Respublikası ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) “AUX”əmtəə nişanındanqanunsuz istifadə etməklə, sahibkar Vəliyev Dadaş Azadəli oğlu isə istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq “İVANOVKA” coğrafi göstəricisindən qanunsuz istifadə etməkləhaqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinintələblərini pozublar.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

Sahibkar Qurbanov Vüsal Nəriman oğlu tərəfindən kontrafakt hesab edilən “AUXs” adlı kondisionerlərin satışındacinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Qeyd edək ki, haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə aparılmış araşdırmalar(https://www.competition.gov.az/az/page/melumat-merkezi/information/haqsiz-reqabet-hereketleri-ile-bagli-reqabet-qanunvericiliyinin-pozulmasi-hallarinin-arasdirilmasi-barede-melumat)və qaldırılmış işlər(https://www.competition.gov.az/az/page/melumat-merkezi/information/haqsiz-reqabet-hereketleri-ile-bagli-reqabet-qanunvericiliyinin-pozulmasi-elametleri-uzre-qaldirilmis-isler-barede-melumat)barədə məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarları qanunvericiliyə uyğun fəaliyyət göstərməyə, haqsız rəqabətdən çəkinməyə, məhsul və xidmətlər barədə istehlakçılara düzgün məlumat verməyə çağırır, eyni zamanda istehlakçılara məhsul və xidmətlərəldə edərkən onların mənşəyi, keyfiyyəti və xüsusiyyətlərinə diqqət yetirməyitövsiyə edir. Rəqabət qanunvericiliyinin tələblərinin pozulması halları ilə qarşılaşan təsərrüfat subyektləriAzərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraqAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif)və elektron poçt ([email protected])vasitəsilə müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri