COP31 də iqlim maliyyələşdirmə ehtiyacları çirkləndirən ödəyir yanaşmasını ön plana çıxarır
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
İnkişaf etməkdə olan ölkələr iqlim məqsədlərini həyata keçirmək üçün lazım olan maliyyəyə çıxışda çətinliklərlə üzləşsələr də, iqlim maliyyələşdirməsinin artırılması və resursların ədalətli bölüşdürülməsi COP31-də əsas mövzular arasındadır. Antaliyada Türkiyənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) başa çatdıqca, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin iqlim məqsədlərini həyata keçirmək üçün ehtiyac duyduğu maliyyəyə çıxış gündəmin ön sıralarındadır.
Sənayeləşmə proseslərində qalıq yanacaqlardan istifadə etməklə iqtisadi artıma nail olan inkişaf etmiş ölkələr təmiz enerjiyə investisiyalarını artırarkən, inkişaf etməkdə olan ölkələr enerji keçidini maliyyələşdirmək və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün əlavə resurslara ehtiyac duyurlar.
BMT Ətraf Mühit Proqramının 2026-cı il Uyğunlaşma Boşluğu Hesabatına görə, inkişaf etməkdə olan ölkələrin illik uyğunlaşma maliyyələşdirmə ehtiyacının 2035-ci ilə qədər təxminən 305 milyard dollara çatacağı gözlənilir. Bu ölkələrə verilən beynəlxalq dövlət uyğunlaşma maliyyələşdirməsi 2024-cü ildə orta hesabla 30 milyard dollar səviyyəsində qalıb.İqlim ədaləti müzakirələrində ön plana çıxan "çirkləndirici ödəyir" yanaşması, tarixən yüksək istixana qazı emissiyalarına malik ölkələrin iqlim dəyişikliyindən daha çox təsirlənən və məhdud maliyyələşdirmə resursları olan ölkələrə dəstək verməli olduğu fikrini gücləndirir.
Məlumatda bildirilir ki, Paris Sazişinin 9-cu maddəsində həmçinin inkişaf etmiş ölkələrin emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətləri üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirmə təmin etmələri nəzərdə tutulur. Bu kontekstdə yaşıl transformasiya təkcə bərpa olunan enerjiyə investisiyaları deyil, həm də elektrik şəbəkələrinin gücləndirilməsini, təmiz texnologiyalara çıxışı, iqlimə davamlı infrastrukturun inkişaf etdirilməsini və həssas icmaların dəstəklənməsini əhatə edir.Qrantlara və əlverişli maliyyələşdirməyə çıxış, xüsusilə borc yükü yüksək olan inkişaf etməkdə olan ölkələr üçün çox vacibdir.
COP31 çərçivəsində AA müxbirinin suallarını cavablandıran Laos Xalq Demokratik Respublikasının maliyyə nazirinin müavini Sitthiroth Rasphone, inkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə çatması üçün beynəlxalq maliyyə dəstəyinin artırılmasının vacibliyini bildirib.
Rasphone, Laosun ən az inkişaf etmiş ölkə kateqoriyasından çıxmağa hazırlaşdığını, lakin iqtisadi zəifliklərinin davam etdiyini bildirərək deyib: "Laos da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələr və ən az inkişaf etmiş ölkələr xarici şoklar və makroiqtisadi qeyri-sabitliklə üzləşirlər. Ölkəmizin də çox yüksək borc səviyyəsi var. İqlim məqsədlərimizi və planlarımızı həyata keçirmək üçün daha çox maliyyələşdirməyə ehtiyacımız var."
Rasphone, inkişaf etməkdə olan ölkələrin beynəlxalq resurslara çıxışını asanlaşdırmaq üçün təkcə maliyyələşdirməyə deyil, həm də institusional və texniki imkanlara ehtiyac duyduğunu vurğulayaraq, "10 illik maliyyələşdirmə strategiyamıza yaşıl maliyyələşdirməni daxil etdik. Beynəlxalq maliyyələşdirmə mənbələrinə çıxışımızı təmin edəcək mərkəzi platforma hazırlayırıq." deyib.
Rasfon qeyd edib ki, beynəlxalq ictimaiyyətin mümkün qədər çox resurs səfərbər etməsi inkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə çatmasına töhfə verəcək.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















