Fərid Zeynalov üç nəfərə vəzifə verdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar baş tutub.
Modern.az Yurd.Media-ya istinadla xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Belə ki, Xəyalə Babayeva Fərdi məlumatların mühafizəsi departamentinin direktoru vəzifəsinə, Həvva Hüseynli Beynəlxalq əlaqələr departamentinin direktoru və Cavid Hüseynov isə Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunub.
Xəyalə Babayeva bundan əvvəl 2023-cü ilin iyunundan 2026-cı ilin noyabrınadək Elektron Təhlükəsizlik Xidmətində Fərdi məlumatların mühafizəsi şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2018-ci ilin noyabrından 2023-cü ilin avqustunadək isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Kibertəhlükəsizlik xidməti üzrə baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
Həvva Hüseynli isə bundan əvvəl, 2025-ci ilin fevralından 2026-cı ilin noyabrınadək Milli Kibertəhlükəsizlik Agentliyində Əməkdaşlıq və kommunikasiya departamentinin rəhbəri olub.
O, daha əvvəllər isə Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq tərəfdaşlıq şöbəsinin müdiri, Beynəlxalq əlaqələr üzrə baş mütəxəssis və mütəxəssis vəzifələrində çalışıb.
Cavid Hüseynov isə bundan əvvəl 2023-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək həmin agentliyin Hüquq və tənzimləmə şöbəsinin müdiri vəzifəsində çalışıb. O, daha əvvəllər Dövlət Miqrasiya Xidmətində Təşkilat və nəzarət baş idarəsinin inspektoru olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















