Icma.az
close
up
RU
Bu ticarət mərkəzinin 18 min manatdan artıq borcu yaranıb

Bu ticarət mərkəzinin 18 min manatdan artıq borcu yaranıb

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə şəhər "Mərkəzi Univermaq" ticarət mərkəzinin Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) 18.267 manatdan artıq borcu yaranıb. 

Bu barədə Moderator.az-a MKTİB-dən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 01.01.2020-ci il tarixində aylıq 1000 manat xidmət haqqı nəzərdə tutulmaqla müqavilə bağlanıb. Birliyin 1C ödənişlərə nəzarət proqramında əks olunan məlumatlara əsasən, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi tərəfindən 01.01.2020-ci il tarixindən etibarən xidmət haqqı üzrə bəzi aylarda ödənişlər həyata keçirilməmiş, xüsusilə 2026-cı ilin fevral ayından etibarən 7 aylıq xidmət haqqı üzrə hər hansı ödəniş edilməyib. 2020-ci ildən bugünə kimi Birlik tərəfindən mütəmadi olaraq hər gün “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinə xidmət göstərilir. Nəticədə, göstərilmiş bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə həmin obyekt üzrə ümumilikdə 18267,84 manat məbləğində debitor borc yaranıb. Yaranmış debitor borcun ödənilməsi ilə bağlı “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyinə dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər edilmiş, borcun ödənilməsi zərurəti diqqətə çatdırılmışdır. Lakin edilmiş müraciətlərə baxmayaraq, mövcud debitor borc bu günədək əsassız şəkildə ödənilməyib.

Bununla yanaşı 2025-ci ilin dekabr ayında “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin daxilində fəaliyyət göstərən bir sıra satış obyektlərinin fəaliyyəti dayandırılaraq həmin ərazidə “Tam Store” MMC tərəfindən iri həcmli market fəaliyyətə başlamışdır. Bununla əlaqədar, “Tam Store” MMC ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 15.12.2025-ci il tarixindən aylıq 450 manat xidmət haqqı müəyyən edilməklə ayrıca müqavilə bağlanıb. 

Qeyd olunanlarla əlaqədar “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinin rəhbərliyi tərəfindən Birliyə rəsmi müraciət edilərək, “Tam Store” MMC ilə ayrıca müqavilə bağlanmasını əsas gətirməklə, obyekt üzrə aylıq xidmət haqqının 1000 manatdan 750 manata endirilməsi xahiş edilib. Müraciət nəzərə alınaraq, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzi üzrə aylıq xidmət haqqı 1000 manatdan 750 manata endirilmişdir. Lakin aylıq xidmət haqqının azaldılmasına və Birlik tərəfindən bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin mütəmadi olaraq göstərilməsinə baxmayaraq, həmin obyekt tərəfindən xidmət haqqı üzrə ödənişlər əsassız şəkildə həyata keçirilməyib.

Əlavə olaraq bildiririk ki, “Mərkəzi Univermaq” böyük ticarət mərkəzinə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi məqsədilə obyektin yaxınlığında tutumu 1,1 kubmetr olan 6 ədəd konteyner yerləşdirilib. Həmin konteynerlərdən, həmçinin Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzildən ibarət yaşayış massivinin məişət tullantılarının toplanması və daşınması məqsədilə istifadə olunur və tullantıların mütəmadi olaraq, hər gün daşınması təmin edilir. Aparılan  hesablamalara əsasən, Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzil üzrə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə ümumilikdə 4288 manat məbləğində debitor borc yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Sentyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri