Maliyyə Nazirliyi 34,4 milyon manatlıq dövlət istiqrazı yerləşdirib
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Noyabrın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, 1080 gün (3 il) tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
“Yeni Sabah” xəbər verir ki, hərrac zamanı investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib ki, bu da tələbin yüksək olduğunu göstərir.
Maliyyə Nazirliyinin qərarı ilə rəqabətli sifarişlər üzrə 34,4 milyon manat məbləğində dövlət istiqrazı yerləşdirilib. Hərracda istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti eyni səviyyədə – 99.3366 manat (gəlirlilik 7.25%) olaraq müəyyənləşib. pizza
Qeyd edək ki, sözügedən istiqrazların tam ödəmə müddəti 3 noyabr 2029-cu il tarixidir.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Noyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















