Bu türk dövləti ilə Rusiya arasında qarşıdurma böyüyür: Azərbaycan alternativ ola bilər
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Respublika vətəndaşlarının Moskva hamamında saxlanmasından və sonradan bəzilərinin deportasiya edilməsindən sonra Qırğızıstan Rusiyadan yan keçən qaz marşrutunun çəkilişi haqda düşünür.
Turkustan.az "AkiPress" agentliyinə istinadən xəbər verir ki, Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev deputatlardan birinin Rusiyada baş verənlərə Bişkekin reaksiyası ilə bağlı sualına belə cavab verib.
Parlamentdə Qırğızıstan vətəndaşlarının Moskvada saxlanmasının mümkün nəticələri müzakirə edilib.
“Siz qeyd etdiniz ki, bizim benzin, qaz və digər resurslarımız kəsilə bilər. Bəs başqa ölkələrdən benzin və qaz tədarükü üçün alternativləri nəzərdən keçirirsinizmi?", - deyə deputat nazirdən soruşub.
Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri cavab verib ki, "biz Azərbaycandan və ya İrandan ala bilərik, amma Rusiyadan nefti rüsumsuz alırıq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başa çatsa, bu, alternativ marşrut yaradacaq".
O, eyni zamanda, mümkün nəticələri hesablamaq lazım olduğunu bildirib. Əks halda, Kulubayev hesab edir ki, “bir addım belə sanksiyalara səbəb ola bilər”.
Xatırladaq ki, aprelin 14-də Moskva hamamında onlarla Qırğızıstan vətəndaşı saxlanılıb. Qırğızıstan Xarici İşlər Nazirliyi Moskvadan respublika vətəndaşlarının saxlanmasının səbəblərini izah etməyi tələb edib. /Publika.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















