Icma.az
close
up
RU
Kirayəçilərə vacib XƏBƏRDARLIQ Bakıda bu problemlə üzləşə bilərsiniz

Kirayəçilərə vacib XƏBƏRDARLIQ Bakıda bu problemlə üzləşə bilərsiniz

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ev tapıb kirayəyə köçmək bir çox insan üçün çətin prosesdir. Lakin bəzən kirayəçi mənzilə yerləşdikdən sonra daha ciddi problemlərlə üzləşir.

Ev sahibi qəfil evdən çıxmağı tələb edir, əvvəlcədən alınan depoziti qaytarmır, kirayə haqqını qəfil artırır, hətta mənzilə xəbərsiz daxil olur. Bəzi hallarda isə tərəflər arasında heç bir müqavilə olmur və mübahisə yarananda kirayəçi öz hüquqlarını qorumaqda çətinlik çəkir.

Bəs ev sahibi kirayəçini istədiyi vaxt evdən çıxara bilərmi? Müqaviləsiz ev kirayələyən şəxslər hansı risklərlə üzləşirlər? Pepperoni pizza

“Yeni Sabah” bu suallara aydınlıq gətirib.

Ev sahibi kirayəçini qəfil evdən çıxara bilərmi?

Kirayə münasibətlərində ən çox narazılıq yaradan məsələlərdən biri ev sahibinin kirayəçidən mənzili qısa müddətdə boşaltmağı tələb etməsidir. Bəzən ev sahibi mənzili satmaq istədiyini, özü istifadə edəcəyini və ya başqa şəxsə daha baha qiymətə vermək niyyətində olduğunu bildirərək kirayəçinin dərhal çıxmasını tələb edir. Ancaq ev sahibinin mənzilə mülkiyyət hüququnun olması ona kirayəçinin hüquqlarını istədiyi kimi pozmaq imkanı vermir. Tərəflər arasında bağlanan müqavilənin şərtləri, onun müddəti və qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.

Məsələn, kirayəçi ilə müəyyən müddətə müqavilə bağlanıbsa, ev sahibi həmin müddəti və müqavilədə nəzərdə tutulan xitam qaydalarını nəzərə almadan kirayəçini avtomatik olaraq evdən çıxara bilməz. Müqavilənin ləğvi üçün qanuni əsas və müvafiq prosedur tələb oluna bilər.

Kirayəçinin kirayə haqqını ödəməməsi, mənzilə ciddi ziyan vurması və ya müqavilə şərtlərini pozması isə ayrıca qiymətləndirilir. Belə hallarda da ev sahibinin özbaşına hərəkət etməsi deyil, qanuni qaydada davranması vacibdir.

Kirayəçi evdən çıxmaqdan imtina etdikdə tərəflər arasında mübahisə yarana bilər. Belə vəziyyətdə ev sahibinin qıfılı dəyişməsi, kirayəçinin əşyalarını çölə çıxarması və ya kommunal xidmətləri təzyiq vasitəsi kimi kəsməsi ciddi hüquqi problemlərə səbəb olur.

Depozit qaytarılmırsa, kirayəçi nə etməlidir?

Kirayə ev axtaranların qarşılaşdığı digər problem depozit məsələsidir. Ev sahibi adətən mənzilə köçərkən bir aylıq kirayə haqqı məbləğində və ya tərəflərin razılaşdığı başqa məbləğdə təminat pulu alır. Bu vəsait mümkün zərərin və ya ödənilməmiş borcların qarşılanması üçün nəzərdə tutula bilər. Lakin kirayə müddəti başa çatdıqdan sonra bəzi ev sahibləri müxtəlif bəhanələrlə həmin pulu qaytarmaqdan yayınırlar. Bəzən mənzildə adi istifadə nəticəsində yaranan köhnəlmə də zərər kimi təqdim edilir. Digər hallarda isə ev sahibi heç bir əsas göstərmədən depoziti saxlayır. Burada əsas məsələ depozitin hansı şərtlərlə verilməsidir. Tərəflər əvvəlcədən razılaşdırmalıdırlar ki, pul hansı hallarda saxlanıla, hansı hallarda tam və ya qismən qaytarıla bilər.

Kirayəçi pul verdiyini sübut etmək üçün bank köçürməsini, qəbzi, yazışmaları və digər sübutları mütləq saxlamalıdır. Mənzilə köçərkən evin vəziyyətini foto və videoya çəkmək, mövcud qüsurları əvvəlcədən qeydə almaq da sonradan yarana biləcək mübahisələrin qarşısını almağa kömək edir. Ev sahibi depozitin müəyyən hissəsini saxlayırsa, bunun səbəbini və hesablamasını izah etməlidir. Mübahisə razılıqla həll olunmadıqda, vəziyyətin xüsusiyyətindən asılı olaraq hüquqi yardım almaq və məhkəməyə müraciət etmək mümkündür.

Kirayə haqqını istədiyi vaxt artıra bilərmi?

Kirayə bazarında qiymətlərin dəyişməsi ev sahiblərinin kirayə haqqını artırmaq istəməsinə səbəb olur. Ancaq mənzilin qiymətinin bazarda yüksəlməsi ev sahibinə mövcud razılaşmanı avtomatik dəyişmək hüququ vermir.

Əgər müqavilədə kirayə haqqının dəyişdirilməsi qaydası nəzərdə tutulubsa, həmin şərtlər əsas götürülməlidir. Müqavilədə belə bir imkan yoxdursa, ev sahibinin birtərəfli qaydada yeni qiymət müəyyən etməsinin qanuniliyini konkret müqavilənin şərtləri və qanunvericilik əsasında qiymətləndirmək lazımdır.

Məsələn, kirayəçi aylıq 500 manata razılaşaraq evə köçübsə və müqavilənin müddəti ərzində ev sahibi qəfil olaraq məbləği 700 manata qaldırmaq istəyirsə, kirayəçi yeni şərtlərlə razılaşmağa məcbur olub-olmadığını müqaviləyə əsasən müəyyən etməlidir. Bu səbəbdən kirayəçi evə köçməzdən əvvəl aylıq ödənişin məbləğini, qiymətin hansı hallarda dəyişə biləcəyini və müqaviləyə xitam verilməsi qaydasını dəqiqləşdirməlidir.

Bakıda kirayə ev axtaranların bir qismi ev sahibinin müqavilə bağlamaq istəməməsi ilə qarşılaşır. Ev sahibi bəzən əlavə sənədləşmə ilə məşğul olmaq istəmir, bəzən də kirayə münasibətlərini rəsmiləşdirmədən davam etdirməyə üstünlük verir. Kirayəçi isə ev tapmaq çətin olduğundan bu şərtlə razılaşır.

Problem də məhz bundan sonra başlayır. Kirayəçi bir neçə ay eyni mənzildə yaşasa, kirayə haqqını vaxtında ödəsə belə, ev sahibi ilə mübahisə yarandıqda razılaşmanın şərtlərini sübut etmək çətinləşir.

Məsələn, bir şəxs ev sahibinə 600 manat depozit və 600 manat aylıq kirayə haqqı verir. Bir neçə ay sonra ev sahibi mənzili boşaltmağı tələb edir. Kirayəçi depozitin qaytarılmasını istədikdə isə ev sahibi belə bir məbləğ almadığını bildirir. Yazılı müqavilə və ödəniş qəbzi yoxdursa, tərəflərin mövqeyini sübut etməsi çətinləşir.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri