Icma.az
close
up
RU
Bu, uşaqlarda böyümə geriliyinə səbəb ola bilər DİQQƏT

Bu, uşaqlarda böyümə geriliyinə səbəb ola bilər DİQQƏT

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaqlarda və böyüklərdə rast gəlinən adenoid (burun-udlaq badamcığı) böyüməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Pravda.az bildirir ki, tez-tez təkrarlanan xəstəliklər, xroniki xoruldama və nəfəs almaqda çətinlik kimi hallar adenoid böyüməsinin əlamətləri ola bilər.

Adenoid nədir?

Burun ilə boğaz arasında yerləşən və üzüm salxımı formasında olan adenoid bədən üçün vacib bir toxumadır. Burundan daxil olan bakteriya və virusları tutaraq, immun sistemin onlarla mübarizə aparmasına kömək edir. Lakin adenoid böyüyərsə və ya iltihablanarsa, sağlamlıq problemləri yarada bilər. Bu halda həkimlər cərrahi müdaxiləni tövsiyə edə bilərlər. Adenoid götürüldükdən sonra uşaqlarda xəstəliklərə qarşı müqavimət artır.

Adenoid böyüməsinin əlamətləri

Adenoidin böyüməsi müxtəlif simptomlarla özünü göstərə bilər:

Daimi ağızdan nəfəs alma

Burundan nəfəs almaqda çətinlik

Nəfəs alarkən səs çıxarma

Burun tutulması və danışıqda dəyişiklik

Yuxu apnesi və xoruldama

Təkrarlanan qulaq infeksiyaları

Uşaqlarda yuxusuzluq, iştahsızlıq və böyümə geriliyi

Çənə və üz sümüklərində inkişaf pozuntusu

Sidik qaçırma

Tez-tez rast gəlinən orta qulaq iltihabı, sinusit, öskürək və baş ağrısı

Böyümə geriliyinə səbəb ola bilər

Adenoidin böyüməsi və iltihablanması, uşaqlarda yuxu keyfiyyətini aşağı salır. Bu isə böyümə hormonu ifrazının azalmasına və inkişaf geriliyinə yol aça bilər. Eyni zamanda, ağızdan nəfəs alan uşaqlarda diş quruluşu pozulur və çürümə halları artır.

Cərrahi müdaxilə nə zaman lazımdır?

Adenoid böyüyərək nəfəs almağı çətinləşdirirsə, yuxu apnesinə səbəb olursa və ya danışıq problemləri yaradırsa, cərrahi müdaxilə vacib olur. Bu halda həkimlər adenoidin əməliyyatla götürülməsini tövsiyə edirlər.

Adenoid necə müalicə edilir?

Adenoid problemi ilkin olaraq dərmanlarla müalicə edilə bilər. Ancaq infeksiya davamlı hala gəldikdə və immunitetə mənfi təsir göstərməyə başladıqda əməliyyat qaçılmaz olur. Əməliyyat ümumi narkoz altında ağız yolu ilə həyata keçirilir və xəstəxanada 12-24 saat nəzarətdə saxlanıla bilər.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see134

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see129

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see128

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see124

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see124

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see124

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see121

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see119

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see119

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see119

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see118

31 il ötdü...

03 İyul 2025 07:57see117

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Almaxanım ana oldu

04 İyul 2025 15:22see114

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see113

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?

03 İyul 2025 02:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri