Icma.az
close
up
RU
Uşaqlarda qulaq ağrısı təhlükəli ola bilər DİQQƏT

Uşaqlarda qulaq ağrısı təhlükəli ola bilər DİQQƏT

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Körpəlikdən yetkinliyə qədər qulaq ağrısı ciddi nəticələrə səbəb ola bilən və diqqət yetirilməsi vacib olan bir haldır. Qəfil baş verən və şiddətli ola bilən qulaq ağrıları infeksiyalardan qaynaqlana biləcəyi kimi, başqa səbəblərdən də yarana bilər.


Pravda.az bildirir ki, xüsusilə uşaqlarda qulaq ağrısı tez-tez rast gəlinən sağlamlıq problemidir və həm uşağın, həm də valideynlərin narahatlığına səbəb olur.


Qulaq ağrısı qulaq xəstəliklərindən və ya qulağa yaxın hissədəki problemlərdən qaynaqlana bilər.


Uşaqlarda qulaq infeksiyası daha geniş yayılıb
 

Qulaq ağrısının ən çox rast gəlinən səbəbi infeksiyalardır. Orta qulaq infeksiyaları, qulaq pərdəsinin arxasında yerləşən orta qulağı burun-udlaq bölgəsinə bağlayan östaki borusunun tıxanması nəticəsində yaranır. Burun allergiyası, siqaret tüstüsü, sinusit, soyuqdəymə, irsi faktorlar və allergiyalar bu tıxanıqlığa səbəb ola bilər.


Uşaqlarda orta qulaq infeksiyası böyüklərə nisbətən daha çox müşahidə olunur. Bunun səbəbi uşaqların östaki borusunun daha qısa və üfüqi istiqamətdə olmasıdır. Körpəlik dövründə yanlış əmizdirmə və qidalanma da qulaq infeksiyasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün körpəni əmizdirərkən və ya qidalandırarkən başının dik olmasına diqqət yetirilməlidir.


Xarici qulaq infeksiyasında isə qulaq seyvanına öndən və ya altdan təzyiq edildikdə güclü ağrı hiss edilir. Bundan əlavə, sinus, diş və boğaz infeksiyaları da qulaq ağrısına səbəb olan digər amillərdəndir.


Uşağınızın yanında siqaret çəkməyin!


Bəzi ailələrdə uşaqlarda orta qulaq iltihabına daha çox rast gəlinir. Bunun əsas səbəbi valideynlərin də uşaqlıqda bu xəstəliyi tez-tez keçirməsi və onun irsi yolla övladlarına ötürülməsidir.


Bundan əlavə, oğlan uşaqları orta qulaq iltihabına daha çox meyillidir. Südlə qidalanan körpələrə nisbətən, butulka ilə qidalanan körpələr daha yüksək risk altındadır. Həmçinin, siqaret çəkilən mühitlərdə böyüyən, xüsusilə anası siqaret çəkən uşaqlarda bu xəstəlik digər uşaqlara nisbətən üç dəfə daha çox müşahidə olunur.
 

Orta qulaq iltihabının əsas simptomları
 

Körpə və uşaqlarda orta qulaq iltihabının diaqnozunu qoymaq çətin ola bilər. Xüsusilə 0-1 yaş qrupundakı körpələr danışa bilmədikləri üçün riskli qrup hesab edilir. Orta qulaq iltihabı həmişə qızdırma ilə müşayiət olunmur. 3-4 yaşdan etibarən uşaqlar qulaq ağrılarını daha dəqiq ifadə edə bilirlər.
 

Bu xəstəlikdə əsas əlamətlər bunlardır:
Halsızlıq, gərginlik, yuxusuzluq və davamlı ağlama
Xüsusilə çimizdirilən zaman güclü narahatlıq
"Butulka"nı və ya ananı əmərkən çətinlik çəkmək (çünki əmmə və udqunma qulağa təzyiq edərək ağrıya səbəb olur)
İştahsızlıq
Qusma, ürəkbulanma və ishal
Danışılanlara gec reaksiya vermə (eşitmə çətinliyi səbəbilə)
Başını tez-tez tərpətmək, qulağını tutmaq və ya qaşımaq
Qulağa yüngül təzyiq edildikdə üz ifadəsində dəyişiklik və ağlama
Qulaq ağrısı necə müalicə olunur?


Kəskin və iltihablı orta qulaq infeksiyalarında antibiotik müalicəsi tətbiq edilir. Lakin antibiotiklər virusları məhv etmir, yalnız bakteriyaların çoxalmasının qarşısını alır. Ona görə də, antibiotik müalicəsinin effektiv olması üçün həkimin tövsiyə etdiyi müalicə rejiminə tam əməl edilməlidir. Müalicə yarımçıq dayandırılmamalıdır.


10 günlük müalicə müddəti bitmədən uşaq özünü yaxşı hiss etsə belə, müalicəyə davam etmək vacibdir. Əks halda, qulaqda bəzi bakteriyalar sağ qalaraq xəstəliyin yenidən yaranmasına səbəb ola bilər.


Əgər müalicə müddətində heç bir yaxşılaşma müşahidə olunmazsa, kiçik bir cərrahi müdaxilə ilə qulaq pərdəsi deşilərək iltihab çıxarılır. Bu prosedur uşağın qulaq ağrısını əhəmiyyətli dərəcədə azaldır. Qulaq pərdəsi əməliyyatdan bir neçə gün sonra sağalır və eşitmə normallaşır.
Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see125

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see122

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see120

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see119

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see119

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see118

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see118

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see117

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see116

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

31 il ötdü...

03 İyul 2025 07:57see115

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see115

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri