Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

DİQQƏT! Alimentlə bağlı VACİB XƏBƏR

DİQQƏT! Alimentlə bağlı VACİB XƏBƏR

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəmiyyətdə davamlı olaraq müzakirə olunan mövzulardan biri də aliment məsələsidir. Bəzi hallarda işsizlik və maddi çətinliklərdən dolayı aliment ödənişlərində problemlər olur. Yaxud da ümumiyyətlə aliment ödənişləri edilmir.

Bu kimi məqamlara görə, Azərbaycanda alimentin ödənilməsi dövlət hesabına həyata keçirilə bilərmi? Aliment ödəməkdə çətinlik çəkən şəxslər üçün hansısa güzəştlərin tətbiqi ilə bağlı qanunda dəyişikliyə zərurət varmı?

Mövzuyla bağlı Sosioloq Elçin Bayramlı REFERANS-ın suallarını cavablandırıb.  Sosioloq belə qeyd edib ki, çox təəssüf ki, Azərbaycanda boşanmalar rekord həddə çatıb, bu isə dəhşətli bir faciədir. Bu nüanslar isə çox sayda problem gətirir ki, onlardanda biri də aliment məsələsidir. Bu məsələnin iki tərəfi var. Bir tərəfdən uşaqların sağlam böyüməsi üçün aliment ödənişi olunmalıdır. İkinci bir tərəfdən aliment ödənişi olması üçün aliment verən şəxsin normal işi və gəliri olmalıdır. Azərbaycanda isə bu sahədə ciddi problem var. İşsizlik var və gəlir həddən artıq aşağıdır. Aliment verilməməsinin 99%-i məcburi səbəblərdəndir. Yəni heç bir azərbaycanlı bir ata uşağına aliment verməkdən imtina etməz və imtina edərsə bu nadir hallarda ola bilər. Məcburi halda ödəyə bilməməsinin səbəbi isə ya işsizdir ya da gəliri həddən artıq aşağıdır ki, ödəyə bilmir. Niyə insanlar normal iş və gəliri olmamalıdır ki, alimenti ödəyə bilməsin. Aliment ödənilməsi üçün insanın zəruri xərcləri ödənildikdən sonra qalan vəsaitdən tutula bilər.

Sosioloq onu da xatırladıb ki, Azərbaycanda adam başına yaşayış minimumu 285 manatdır. Yəni tutaq ki, aliment ödəyən şəxs əgər kirayədə qalırsa kirayə pulu çıxıldıqdan sonra, müalicə olunursa onun pulu çıxıldıqdan sonra, özünün qidalanması üçün pul saxlanıldıqdan sonra qalan məbləğdən pul tutula bilər. Bu isə praktik olaraq mümkün deyil. Çünki ölkədə orta əmək haqqı 500 - 600 manatdır. Hətta biz bunu 1000 manat belə götürsək bu şəxsin öz xərclərini çıxdıqda yerdə maksimum 300 - 400 manat pul qalır. Bu şəxsin iki və yaxud da üç uşağı varsa alimenti ödəyə bilməyəcək. Nəzərə alsaq ki, 1000 manat maaş alanlar çox azdır, çox adam 500 - 600 manat maaş alır. Burda isə ümumiyyətlə bir uşağa belə aliment ödənilməyə pul qalmır.

Müsahibimiz onu da deyib ki, dövlət bu hallarda alimenti özü ödəməlidir və gələcəkdə həmin şəxsi normal işlə təmin etməyə çalışmalıdır. Gələcəkdə həmin şəxs işləyərsə onun maaşından bu pul tutula bilər. Sonradan həmin şəxslər işlə təmin edildikdə bu kompensasiya olunur və pul dövlətə qayıdır. Yəni aliment fondu yaradılır və bu fonda pul əsasən dövlətdən ödənilməli olacaq. Fondda yığılan puldan alimenti ödəyə bilməyən şəxslərin əvəzinə ödənilməlidir. Çünki bu məsələnin başqa bir yolu yoxdur ki, heç bir vətəndaşı ac, susuz qoymaq olmaz. Baxmayaraq ki, az gəliri olan vətəndaş bütün alimenti ödəməyə razı olsa belə buna icazə verilməməlidir. İstər könüllü istərsə də məcbur şəkildə buna icazə vermək doğru deyil. Bu vətəndaşın öldürülməsi deməkdir.

Elçin Bayramlı bildirib ki, hazırda ölkədə işsizliklə bağlı problemlər çoxdur.  İşsizlik və gəliri az olan ölkələrdə alimenti ödəmək mümkün olmur. Deməli dövlət həmin şəxsləri işlə təmin etməlidir. Bu təminat orta əmək haqqı məbləğində olmalıdır.  Əgər məbləğ rəsmi olaraq 1000 manat göstərilsə, deməli vətəndaş1000 manatlıq işlə təmin edilməlidir ki, bu məbləğin 500 - 600 manatı aliment ödəyənin öz şəxsi xərcləri üçün olsun. Yerdə qalan pul isə uşaq sayına görə alimentə verilməlidir. Əgər dövlət vətəndaşı bu şəkildə işlə təmin edə bilmirsə fond əsasında aliment ödənilməlidir. Sonra isə vətəndaş işləyən müddət ərzində bu məbləğ maaşından az-az tutula bilər. Belə məsələlər problem yaradır, dövlətin sosial yükünü artırır və uşaqların sağlam böyüməsində problem yaradır. Ona görə əsaslı səbəblər aradan qaldırılmalıdır. Boşanmaların aradan qaldırılması üçün çalışmalıdır dövlət. Sonda aliment problemini bu şəkildə həll edə bilməyəcək və dövlət ödəməli olacaq. Hətta o qədər vətəndaşı işlə də təmin edə bilməyəcək ki, dövlət onun yerinə ödədiyi maaşı nə vaxtsa onun maaşından tutsun. Müəyyən mövzular məsələn gender bərabərliyi, qadın azadlığı, feminizm kimi mövzular altında Azərbaycan ailə institutu darmadağın olunub. Dövlət bunun qarşısını almalıdır və əsas olaraq boşanmalar çətinləşdirilməlidir. Əssasız boşanmalara heç bir aliment ödənilməməlidir və uşaq əllərindən alınmalıdır. Buna görə uşaqlarda ciddi şəkildə psixoloji problemlər yaranır.

"Neçə illərdir araşdırma aparılır və demək olar ki, boşanmaların çoxsu tamamilə əsassızdır, yerdə qalan 10% isə xəyanət səbəbilə olur. Əgər ailə uşaqlarını və özlərini nəzərə almırsa bunun üçün dövlət sərt şəkildə tədbir görməlidir. Bunun üçün boşanmalara gətirən səbəblər aradan qaldırılmalıdır. Sosial-iqtisadi səbəblər varsa dövlət bu baxımdan ailələrə kömək etməlidir. Mənəvi dəyərlərə bağlı təbliğatın qarşısı alınmalıdır. Milli-mənəvi dəyərlərimiz təbliğ olunmalıdır, evlənmə məsələsinə ciddi yanaşılmalıdır. Elə tələblər qoyulmalıdır ki, cəmiyyətdə sağlam ailələr qurulsun. Boşanmaya yalnız üç halda icazə verilə bilər. Xəyanət olarsa, tərəflərdən birinin zərərli asılılığı varsa, məsələn, narkomaniya, alkoqolizma kimi meyilliyi varsa, üçüncü isə psixi xəstədirsə boşanmaya icazə verilə bilər. Bu üç haldan başqa boşanmaya icazə verilməməli və çox ağır şəkildə cəzalandırılmalıdır bu şəxslər. Həmin şəxslərin uşaqları əllərindən alınmalı və maaşlarından müəyyən qədər vəfat edənə kimi tutulmalıdır ki, uşaqlara uşaq evlərində düzgün tərbiyə verilə bilsin. Bu tədbirlər görülməsə bu problemlər faciəvi bir vəziyyətə gətirib çıxaracaq. İnzibati və sosial məsələlərin işıqlandırılması ilə mümkün ola bilər ",-deyə Elçin Bayramlı əlavə edib.

Ləman Xalıqova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri