Uşaqlarda yorğunluğun ciddi səbəbi ola bilər DİQQƏT
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Övladınız yaşıdlarından əvvəl yorulur? Əslində onun enerjisinin yüksək olduğu yaşlarda siz özünüz daha enerjilisiniz? Bu kimi əlamətlər uşağınızda vacib sağlamlıq probleminin siqnalı ola bilər.
Pravda.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:
Uşaqlarda ürək xəstəliyi
Anadangəlmə ürək xəstəlikləri hər min canlı doğulan körpədən 5–8-də müşahidə olunur. Uşaqlarda ürək xəstəliklərinin 20%-i yenidoğulmuş dövründə ağır şəkildə ortaya çıxır və təcili müalicə tələb edir. Pediatrlar rutin müayinələr zamanı ürəkdə əlavə səs olan üfürüm və nəbz zəifliyi kimi əlamətləri aşkar edə və bu hallarda ürək həkiminə yönləndirə bilərlər. Lakin bəzi uşaqlarda ürək xəstəliyi heç bir əlamət vermədən səssiz şəkildə irəliləyə bilər.
Ailələrin gözardı etməməli olduğu 10 əlamət
Sürətli və çətin nəfəs alma,
Göyərmə,
Ürəkdöyünmə,
Ürək döyüntüsünün həddindən artıq sürətli, yavaş və ya nizamsız olması,
Ürəkdə üfürüm eşidilməsi,
Sinə ağrısı,
Bitməyən qızdırma,
Böyümə və inkişafda gerilik, tez yorulma, həddindən artıq halsızlıq,
Oynaqlarda ağrı və şişkinlik,
Ürəyin böyük olması və əsas damarların yerləşməsində anormallıqlar.
İdmanla məşğul olan uşaqlarda ürək sağlamlığı necə qiymətləndirilməlidir?
Məlum olduğu kimi, idman fəaliyyəti ürəyə normaldan artıq yük salır. Bu səbəbdən gündəlik həyatında problemi olmayan uşaqlarda belə, ağır idman zamanı ürəklə bağlı problemlər üzə çıxa bilər. Cəmiyyət arasında "infarkt" kimi qəbul edilən bu vəziyyətin uşaqlarda səbəbləri çox fərqlidir və böyüklərdəki infarktla demək olar ki, oxşarlığı yoxdur. Əsasən, ürək əzələsi xəstəlikləri, anadangəlmə ürək qüsurları və ritm pozğunluğu olan uşaqların idmanla məşğul olması tövsiyə edilmir. Buna görə də yorucu idmanla məşğul olan uşaqlar ildə bir dəfə ürək sağlamlığı baxımından mütəxəssis tərəfindən yoxlanılmalıdır.
Erkən müdaxilə həyat qurtarır!
Hamiləlik dövründə anadangəlmə ürək xəstəlikləri müəyyən edilə bilər və erkən müdaxilə həyat xilas edə bilər. Buna görə də:
Hamiləlik dövründə mütəmadi müayinələr mütləq keçirilməlidir.
Bu xəstəliklər həmişə əlamət vermədiyi üçün birdən-birə həyati təhlükə yarada bilər.
Hər bir uşağa heç olmasa bir dəfə kardioqrafik testlər aparılmalı, nəticəyə əsasən anadangəlmə xəstəlik olmadığı təsdiqlənməlidir.
İdman fəaliyyətinə başlayan uşaqlara EKG və Exokardioqrafiya kimi ürək testləri edilməlidir.
Böyüklərdə yaranan ürək-damar xəstəlikləri əslində uşaq yaşlarında başlayır. Bu səbəbdən uşaqlarınızı ürək xəstəliklərindən qorumaq üçün erkən yaşda idmana təşviq edin və təbii qidalarla qidalanmalarına diqqət yetirin. Unutmayın, idman ürəyin dostudur, hazır paketlənmiş qidalar isə düşməni!
Əminə Bayramova


