Icma.az
close
up
RU
Bu üsul internet istifadəçilərini ovlayır

Bu üsul internet istifadəçilərini ovlayır

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Yəqin ki, hamınız sosial mediada dolaşarkən məşhur brendlərin ucuz endirim kampaniyaları ilə qarşılaşmısınız. Reklam şəklində ana səhifəmizdə görünən bu elanlarda qutu-qutu məhsullar pulsuz, yaxud ən ucuz qiymətə - 4-5 manata təklif olunur. İnsanları şirnikləndirən bu cür paylaşımlarda bəzən rəsmi qurumların adından belə istifadə olunur. Bakı Hava Limanında itirilmiş baqajların satılması, "Azərpoçt"dakı sahibsiz bağlamalar və s. bir çoxlarına tanışdır. Yaxud "Zara" markasına aid geyimlərin, "Temu"dan bir otaq dolusu qutunun su dəyərinə satıldığı elanları da çoxu görüb.

Təəssüflər olsun ki, bütün bunlar internet dünyasının üzqarası olan kibercinayətlərdir. Xüsusilə fişinq üsulu məhz bu yolla insanların diqqətini cəlb edir və ovlayır. Elə ingilis dilindən tərcüməsi "balıq ovu" mənasını verən bu üsul internet istifadəçilərinin şəxsi məlumatlarını oğurlamaq üçün hazırlanan kiberhücum növüdür.

Bu necə baş verir? Hər şey istifadəçinin həmin elanda qeyd olunan linkə daxil olması ilə başlayır.

Belə ki, linkə kliklədikdə siz saxta bir vebsayta yönləndirilirsiniz. Bu vebsayt isə əslinə çox oxşayır. Burada məlumatlarınızı yazırsınız. Qeyd olunan məbləği ödəmək üçün bank kartınızın nömrəsi, istifadə tarixi və CVV kodunu da daxil edirsiniz ki, bununla da onlar birbaşa hücumçuların əlinə keçir. Beləliklə, balansınızda olan məbləğin hamısını, ən yaxşı halda isə müəyyən bir qismini öz rzanız ilə hücumçulara bağışlayırsınız.

Bu tələyə düşməmək üçün isə bilməniz gərəkən vacib məsələlər nədir?

İlk növbədə şübhəli mesajlara, cəlbedici postlara diqqət edin. Hər hansı linkə klikləməzdən əvvəl göndəricinin kimliyini yoxlayın. Bunun üçün həmin şirkətin rəsmi vebsaytına daxil olub, oradan rəsmi sosial şəbəkə səhifələrinə nəzər yetirə bilərsiniz.

Unutmamaq lazımdır ki, heç bir qanuni şirkət sizdən email və ya mesaj vasitəsilə şifrə istəməz. Bundan başqa, əsl vebsaytlar həmişə "https://" ilə başlayır və ünvanında səhvlər olmur. Sosial platformalardakı rəsmi səhifələrin isə əksər hallarda izləyici, bəyəni, rəy sayı təkrəqəmli olmur.
Əslində, daha diqqətli olsanız, həmin postların altındakı rəylərin hamısının Azərbaycan dilində heç bir qrammatik səhv olmadan yazıldığını da görərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, hamı heç də bir vergül səhvi belə etmədən eyni üslubda yaza bilməz.

Fişinq hücumlarının ovladığı "balıqlar"dan biri olmamaq üçün şübhələndiyiniz hər hansı bir mesaj və ya vebsaytı yoxlayın və şəxsi məlumatlarınızı daxil etməzdən əvvəl iki dəfə düşünün.

Qeyd edək ki, bu cür kiberhücumların qurbanları ölkəmizdə kifayət qədər çoxdur və Daxili İşlər Nazirliyi (DİN) mütəmadi olaraq internet istifadəçilərini bu cür elanlara aldanmamağa çağırış edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri