Icma.az
close
up
RU
Bu vandalizm aktları regionun ekosisteminə mənfi təsir göstərib FOTOLAR

Bu vandalizm aktları regionun ekosisteminə mənfi təsir göstərib FOTOLAR

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“COP29 Dünyanın Ekoloji Sabitlik Platformasıdır” mövzusunda beynəlxalq multidissiplinar konfrans keçirilib.

Globalinfo.az bildirir ki, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin yaratdığı “Yaşıl Enerjiyə Dəstək İctimai Təşəbbüs Qrupunun” təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyədən olan elm xadimləri, alimlər, dövlət rəsmiləri, müxtəlif sahələrin mütəxəssisləri bir araya toplanıb. Konfrans AZAL təyyarə qəzasında həlak olanların əziz xatirəsinə bir dəqiqəlik sükutla başladı. Daha sonra tədbirin açılışı rəsmi çıxışlarla davam etdi.

Konfransın açılış nitqi ilə çıxış edən “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri Arzuman Abdulkərimov COP29-un Azərbaycan üçün strateji əhəmiyyətindən danışdı: “Bu konfrans təkcə ekoloji sabitliklə bağlı problemlərin müzakirəsi deyil, həm də Azərbaycanın ekoloji inkişafının və yaşıl enerji sahəsində təşəbbüslərinin beynəlxalq miqyasda tanıdılması üçün mühüm platformadır. Bu baxımdan, dərc olunan ‘COP29: Dünyanın Ekoloji Rifah və Sabitlik Platformasıdır’ adlı kitabın böyük əhəmiyyəti var. Kitabın idea müəllifi olan  Arzuman Abdulkərimov COP29-un qlobal miqyasda ekoloji sabitlik və rifahın təmin olunmasındakı rolunu geniş izah edib. Bu platforma Azərbaycanın gələcəkdə ekoloji problemlərin həllində beynəlxalq əməkdaşlığa töhfə verməsinə şərait yaradacaq”.

Arzuman Abdulkərimov, həmçinin konfransın elmi və praktiki nəticələrinin təkcə regional deyil, qlobal miqyasda əhəmiyyətli olacağını vurğuladı.

Milli Məclisin deputatı Vüqar İskəndərov konfransın əhəmiyyətini vurğuladı: “COP29 qlobal iqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı vacib həll yolları təqdim edir. Azərbaycan bu konfrans vasitəsilə yaşıl enerji və ekoloji layihələr sahəsində nailiyyətlərini nümayiş etdirərək beynəlxalq əməkdaşlığa töhfə verir. Bu tədbir, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdəki ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ layihələrinin inkişafını dünya ictimaiyyətinə çatdırmaq üçün unikal platformadır.”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev çıxışında erməni işğalı nəticəsində Azərbaycanın ekosisteminə dəymiş zərəri önə çəkdi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı ekoloji problemlər müşahidə olunur. Ermənilər işğal dövründə bu ərazilərin təbii resurslarını talan edib, flora və faunaya ciddi ziyan vurublar. Bu vandalizm aktları təkcə Azərbaycanın deyil, ümumilikdə regionun ekosisteminə təsir göstərib. Hazırda biz həmin ərazilərdə təbiətin bərpası və ekoloji mühitin yenidən formalaşdırılması üçün ciddi işlər həyata keçiririk. Qərbi Azərbaycan məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalı və ekoloji vandalizmə qarşı vahid mövqe sərgilənməlidir.”

Konfrans çərçivəsində alimlər və mütəxəssislər ekoloji problemlər, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat və süni intellektin ekoloji təsirləri kimi müxtəlif mövzularda məruzələrlə çıxış etdilər. Azərbaycan və Türkiyədən gələn məruzəçilər qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrinin gördüyü işləri geniş şəkildə təqdim etdilər.

Müzakirələr zamanı iştirakçılar ekoloji problemlərin həlli yolları, dayanıqlı inkişaf, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlıq mövzularında yeni yanaşmalar və təkliflər irəli sürdülər. Tədbir Azərbaycanın ekoloji problemlərin həllinə qlobal səviyyədə töhfə vermək potensialını nümayiş etdirdi.

Konfrans, həmçinin iştirakçılar arasında elmi və praktiki təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri