Icma.az
close
up
RU
Bu vərdişlər dərini qocaldır!

Bu vərdişlər dərini qocaldır!

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Mərhələli qulluq dərinin turqorunu – yəni elastikliyini qoruyacaq”.

Ölkə.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim İrina Lyalina deyib.

Onun sözlərinə görə, stress, yuxusuzluq və narahatlıq dərinin vəziyyətinə mənfi təsir edir. 

“Dərinin qocalmasını ləngitmək üçün düzgün qulluq, sağlam həyat tərzi və xarici amillərdən qorunma bir arada olmalıdır. Mərhələli qulluq dərinin turqorunu – yəni onun elastikliyini qoruyur və yaşla əlaqədar dərinin "nazikləşməsinin" qarşısını alır. Dərini nəmləndirmək üçün hialuron turşusu və keramidlər tərkibli kremlər uyğundur. Antioksidant kimi C və E vitaminli, niasinamidli serumlar tövsiyə olunur.

Retinoidlər – A vitamininin törəmələri – dərinin yağ vəzilərinə təsir edərək onların aktivliyini azaldır və ölçülərini kiçildir, bu da dərinin yenilənməsinə kömək edir”. 

Həkim onu da əlavə edib ki, pilinqlərdən istifadə etmək olar: dərinin parlaq görünməsi və ölü hüceyrələrdən təmizlənməsi üçün AHA/BHA turşuları faydalıdır.

Ekspert yayda günəşdən qorunmağın vacibliyini vurğulayıb. O, hər gün SPF 30 və ya daha yüksək olan günəşdən qoruyucu krem istifadə etməyi və günorta 10:00-dan 16:00-a qədər birbaşa günəş altında uzun müddət qalmaqdan çəkinməyi məsləhət görüb.

Bundan başqa, onun sözlərinə görə, üz masajları və üz üçün yoqa dərinin formasını qorumağa kömək edə bilər:

“Dərinin elastikliyini qorumaq üçün vacib amillərdən biri gündə 1,5–2 litr su içməkdir. Sərin və qaranlıq otaqda 7–9 saat keyfiyyətli yuxu qan dövranını yaxşılaşdırır və dərinin oksigenlə təmin olunmasına kömək edir. Yatarkən ipək yastıqüzü istifadə edin – bu, dəridə izlərin yaranmasının qarşısını alır”.

Bununla yanaşı, o qeyd edib ki, dərinin gənc qalması üçün sağlam qidalanma da vacibdir. Bu məqsədlə daha çox tərəvəz, meyvə, göyərti, zülal və omega-3 ilə zəngin məhsullar – balıq, qoz, kətan yağı – qəbul edilməlidir. Ekspertin fikrincə, şəkər və emal olunmuş məhsulları isə minimuma endirmək lazımdır:

“Stressi minimuma endirin. Zərərli vərdişlərdən – siqaret və alkoqoldan imtina edin. Onlar qocalmanı sürətləndirir və kollagenin istehsalını azaldır”.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri