Icma.az
close
up
RU
Bu videolara baxmaq yuxusuzluğa qarşı təsir göstərə bilər

Bu videolara baxmaq yuxusuzluğa qarşı təsir göstərə bilər

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər “tru-kraym” janrında – yəni real cinayət hadisələri haqqında çəkilən videolar və podkastlar – geniş auditoriya qazanıb. AzPost xəbər verir ki, psixoloq Diana Genvarskaya bu cür kontentin insanların psixologiyasına, xüsusilə də yuxu keyfiyyətinə necə təsir etdiyini izah edib.

Mütəxəssisin sözlərinə görə, paradoksal səslənsə də, bəzi insanlar üçün real cinayət hekayələrinə baxmaq narahatlığı azaldan bir üsul ola bilər. Onlar bu videolar vasitəsilə öz həyatlarının təhlükəsiz və sabit olduğunu dərk edir, bu da emosional rahatlama və yuxuya keçidi asanlaşdırır.

“Ekranda dəhşətli hadisələrə baxmaq insanı öz reallığı ilə müqayisə aparmağa vadar edir. İnsan anlayır ki, o, sağdır, sağlamdır və təhlükəsiz yerdədir. Bu hiss bəzən depressiya və həyəcan hallarını azaldır,” – deyə psixoloq vurğulayıb.

Məsələn, bəzi insanlar depressiya zamanı qorxu filmlərinə baxaraq eyni effekti yaşayır: bir neçə saatlıq emosional gərginlikdən sonra reallığa qayıdaraq “mənim həyatım əslində pis deyil” düşüncəsinə gəlirlər.

Bununla belə, Genvarskaya xəbərdarlıq edib ki, “tru-kraym” kontentinə həddən artıq meyil psixoloji gərginliyi artıraraq yuxu pozuntularına və əsəbilik hallarına səbəb ola bilər. O, balanslı istirahətin, sakitləşdirici musiqi və fiziki hərəkətin də yuxu keyfiyyətini yaxşılaşdıran mühüm üsullar olduğunu qeyd edib.

Ekspert əlavə edib ki, belə videolara “terapiya vasitəsi” kimi yanaşmaq düzgün deyil, çünki bu, yalnız qısamüddətli təsir yaradır. “Əgər yuxusuzluq və həyəcan xroniki hala çevrilibsə, psixoloqa və ya yuxu mütəxəssisinə müraciət etmək lazımdır,” – deyə o bildirib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri