Icma.az
close
up
RU
Bu qidalar yuxusuzluğa çarə ola bilər

Bu qidalar yuxusuzluğa çarə ola bilər

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Alimlər tərəfindən aparılan bir araşdırmanın nəticələrinə görə, gün ərzində bol meyvə və tərəvəz yeyən insanlar gecələr daha dərin yuxuya gedə bilirlər.

Axşam.az xəbər verir ki, yeni bir araşdırmaya əsasən, gündəlik tövsiyə olunan miqdarda meyvənin günün erkən saatlarında istehlakı, sadəcə bir gün ərzində yuxusuzluğa qarşı “əhəmiyyətli dəyişikliklər” yarada bilər. Yuxunun tez-tez bölünməsi ürək sağlamlığına, yaddaşa, öyrənməyə və əhval tənzimləməsinə mənfi təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, yuxusuzluq yaşayan insanlar daha çox yağlı və şəkərli qidaları seçir, bu da qeyri-sağlam həyat tərzinə səbəb olur. Lakin Kolumbiya və Çikaqo universitetlərinin alimləri bildirir ki, qidalanmanın yuxuya təsiri haqqında kifayət qədər məlumat yoxdur.

"Sleep Health" adlı akademik jurnalda dərc olunan son araşdırma göstərdi ki, meyvə yeməyən həyat tərzindən gündə 5 porsiya meyvə yeməyə keçid, gecə boyunca kəsintisiz yuxuya səbəb ola bilər.

Qidalanma dəyişiklikləri daha yaxşı yuxu üçün təbii və sərfəli yanaşma ola bilər. Tədqiqatda gənc və sağlam iştirakçılar istifadə olunub. Onlar qida qəbulunu mobil tətbiqlə qeyd edib və biləklərinə taxılan cihaz vasitəsilə alimlər onların yuxu rejimini müşahidə ediblər.

Alimlər xüsusilə gecə nə qədər tez-tez oyanma və ya dərin yuxudan yüngül yuxuya keçmə hallarını əhatə edən "yuxu bölünməsi" ölçüsünə diqqət yetiriblər. Gündəlik pəhrizlə növbəti gecə yuxusunun keyfiyyəti arasında "əhəmiyyətli fərqlər" olduğu müşahidə olunub. Gün ərzində daha çox meyvə və tərəvəz yeyənlərin gecə daha dərin və kəsintisiz yuxuya getdiyi aşkarlanıb. Həmçinin, tam taxıllar kimi sağlam karbohidratlarla qidalanan iştirakçıların daha yaxşı yuxuya sahib olduğu müşahidə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri