Icma.az
close
up
RU
Bu vitamin Xərçəngi zəiflədir “Onun çox olması da zərərlidir”

Bu vitamin Xərçəngi zəiflədir “Onun çox olması da zərərlidir”

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

D vitamini, yalnız sümük sağlamlığına təsir etmir, eyni zamanda immunitet sistemini dəstəkləyir və bir çox xəstəliklərin inkişafının qarşısını alır. Son dövrlərdə D vitamininin xərçəngin qarşısını almaqda təsirli olub-olmaması mövzusu da geniş müzakirə olunur. 

Sfera.az "Haber Türk"ə istinadən xəbər verir ki, Sağlamlıq Elmləri Universitetinin professoru, Məzhar Müslüm Tuna, xüsusilə uşaqlıq və yeniyetməlik dövründə D vitamini səviyyələrinin normal hədlərdə olmasının vacib olduğunu qeyd edib. 

Onun sözlərinə görə, D vitamini səviyyəsi normal olan insanlarda tənəffüs yolu xəstəliklərinin və infeksiyanın şiddəti daha az olur. Həkim deyib ki, müntəzəm D vitamini qəbul edən uşaqlarda 1-ci tip diabetin inkişaf ehtimalı da azalır. Bununla yanaşı, Müslüm Tuna D vitamininin xərçəngin inkişafını azaltmasına və ya mövcud xərçəng probleminin zəiflətdiyinə dair heç bir tədqiqat nəticəsi yoxdur: “Bu səbəbdən, D vitamini ilə xərçəng arasındakı əlaqəni daha dərindən araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var. D vitamini çatışmazlığı yüngül və orta dərəcədə heç bir şikayətə səbəb olmadan müşahidə edilir. Lakin çox aşağı səviyyədə olanlarda zəiflik, yorğunluq və əzələ ağrıları ortaya çıxır”. 

Həkim qeyd etdi ki, D vitamini çatışmazlığı uzun müddət davam edərsə, raxit, osteoporoz və sümük qırıqları kimi problemlər yarana bilər: “Tədqiqatlara əsasən, hər 5 böyükdən 4-də D vitamini çatışmazlığı var. Yaşlılar, qadınlar, ofis işçiləri və qocalar evlərində yaşayanlar daha çox risk altındadır. D vitamini səviyyəsinin ölçülməsi ümumi sağlam əhali arasında tövsiyə edilmir, lakin müəyyən risk qruplarında, məsələn, osteoporoz və ciddi mədə-bağırsaq problemləri olan şəxslərdə ölçülməsi və müalicəyə başlanılması lazımdır. Bununla yanaşı, D vitamininin həddindən artıq qəbulu da zərərli ola bilər. Bu, qanda kalsiumun artmasına və ürəkbulanma, qusma, iştahsızlıq, qəbizlik və böyrək çatışmazlığı kimi problemlərə səbəb ola bilər. Uzun müddətli istifadənin isə böyrək daşı və bəzi ürək-damar xəstəlikləri risklərini artırır”. 

Bəsti Rəfizadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri