Icma.az
close
up
RU
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin Xəbərdarlıq

Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin Xəbərdarlıq

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb.

Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və “tez effekt” vədləri səbəbindən bir çox insan bu preparatları həkimə müraciət etmədən qəbul edir.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, əlavələr zərərsiz deyil və yanlış istifadə ciddi sağlamlıq problemləri yarada bilər.

Belə ki, immuniteti gücləndirmək, yorğunluğu azaltmaq və beyni dəstəkləmək məqsədilə qəbul edilən əlavələr belə, nəzarətsiz istifadə olunduqda orqanlara zərər verə bilər. Vitamin və minerallar “populyar olduğu üçün” deyil, yalnız laborator analizlə sübut olunmuş çatışmazlıq olduqda qəbul edilməlidir.

Hazırda ən çox istifadə edilən əlavələr arasında D vitamini, B12 vitamini, dəmir, maqnezium və kalsium yer alır. Bu əlavələr, adətən, yorğunluq, zəiflik, diqqət azalması, immun sisteminin gücləndirilməsi və ümumi sağlamlığın qorunması məqsədilə istifadə olunur.

D vitamini

D vitamini orqanizmdə kalsium-fosfor balansını tənzimləyir və sümük sağlamlığında mühüm rol oynayır. Əsas mənbə günəş işığıdır. Qida olaraq yağlı balıqlar, yumurta sarısı və süd məhsullarında da mövcuddur.

Çatışmazlıq hallarında yorğunluq, əzələ ağrıları, sümük zəifliyi və tez-tez infeksiyalar müşahidə edilə bilər. Lakin həddindən artıq qəbul qanda kalsiumun yüksəlməsinə səbəb olur. Bu isə ürəkbulanma, qusma, böyrək daşları və hətta orqan zədələnməsi ilə nəticələnə bilər.

Dəmir

Dəmir qanın tərkibində oksigen daşınmasında əsas rol oynayır. Xüsusilə qadınlar, hamilələr və uşaqlar üçün vacib mineraldır. Çatışmazlığı anemiya ilə nəticələnir və bu zaman zəiflik, solğunluq, nəfəs darlığı, başgicəllənmə və ürək döyüntüsü artır.

Lakin dəmirin nəzarətsiz qəbulu mədə-bağırsaq pozğunluqları, qarın ağrısı və qəbizlik yarada bilər. Uzunmüddətli yüksək doza qaraciyər, ürək və mədəaltı vəzidə ciddi zədələnmələrə səbəb ola bilər.

B12 vitamini

B12 vitamini sinir sistemi və yaddaş funksiyaları üçün mühüm rol oynayır. Ət, balıq, yumurta və süd məhsullarında bol olur.

Çatışmazlıq yorğunluq, unutqanlıq və sinir sistemi problemləri yarada bilər. Lakin yüksək dozada qəbul mədə narahatlığı, ürəkbulanma, ishal və uzun müddətdə sinir sistemi balansının pozulmasına səbəb ola bilər.

Maqnezium

Maqnezium sinir sistemi, əzələlərin işləməsi və enerji istehsalında iştirak edir. Stressin azalmasına və yuxunun yaxşılaşmasına kömək etdiyi üçün son illərdə çox populyarlaşıb.

Lakin hər kəsdə çatışmazlıq olmadığı üçün ehtiyac olmadan qəbul edilməsi ishala, qarın ağrısına və təzyiqin düşməsinə səbəb ola bilər. Böyrək xəstəliyi olan şəxslərdə isə risk daha yüksəkdir.

Kalsium

Kalsium sümük və dişlərin əsas quruluş elementidir. Süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və bəzi balıqlarda olur.

Çatışmazlıq osteoporoz, sümük qırıqları və əzələ spazmları ilə nəticələnə bilər. Lakin yüksək doza böyrək daşlarının yaranması, qəbizlik və böyrək funksiyasının zəifləməsi riskini artırır.

Mütəxəssislər xəbərdarlıq edir ki, vitamin və mineral əlavələri “sağlamlıq üçün mütləqdir” düşüncəsi ilə nəzarətsiz istifadə edilməməlidir. Ən doğru yanaşma balanslı qidalanma, mütəmadi tibbi analizlər və yalnız ehtiyac olduqda həkim tərəfindən təyin edilən əlavələrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 May 2026 06:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri