Icma.az
close
up
RU
Xəbərdarlıq: Bu dərmanları həkim nəzarəti olmadan qəbul etməyin

Xəbərdarlıq: Bu dərmanları həkim nəzarəti olmadan qəbul etməyin

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər apteklərdə immunitet gücləndirən dərmanlara maraq sürətlə artıb. Bir çox insan həkim təyinatı olmadan bu preparatlara üz tutur və nəticədə “daha sağlam olmaq” arzusu bəzən əks effekt yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, belə nəzarətsiz istifadə  sağlamlığa mənfi təsir göstərir.

Həkim təyinatı olmadan immunitet gücləndirən dərmanların qəbulunun hansı təhlükələri mövcuddur?

Mövzu ilə bağlı Moderator.az-a danışan terapevt Sübhan Hacıyev bildirib ki, immun sistemi orqanizmin təbii müdafiə mexanizmidir və bu sistemə hər hansı kənar müdaxilə düzgün deyil:

“İmmun sisteminə süni müdaxilə onun normal fəaliyyətini poza bilər. Bu isə bəzən autoimmun xəstəliklərin və ya hiperreaktivlik reaksiyalarının yaranmasına səbəb olur. Təəssüf ki, bir çox insan immun sisteminin iş mexanizmini tam anlamır. Onlar düşünürlər ki, bu sistemi daim “gücləndirmək” lazımdır. Halbuki immun sistemini nə zəiflətmək, nə də həddən artıq gücləndirmək olmaz. Hər iki halda orqanizmin tarazlığı – yəni homeostaz pozulur və bu da müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır”.

Həkimin sözlərinə görə, bazarda “immunitet gücləndirici” adı altında təqdim olunan bir çox bioloji aktiv qida əlavələri də insanları çaşdırır:

“İnsanlar düşünürlər ki, bu preparatlar onları xəstəliklərdən qoruyacaq. Amma belə bir təsir sübut olunmayıb. Əslində, məqsəd immuniteti gücləndirmək yox, onu balansda saxlamaq olmalıdır. İmmunitetin sağlam saxlanması üçün dərmandan çox yaşam tərzi vacibdir. İnsan günün təxminən üçdə birini yuxuda keçirməlidir (7–8 saat). Açıq havada müntəzəm gəzintilər və fiziki fəaliyyət vacibdir. Kifayət qədər maye qəbul edilməlidir. Mövsümə uyğun qidalanmaq, təzə meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Xüsusilə qış aylarında orqanizmi dəstəkləmək üçün yalnız C vitamini, D vitamini, sink və selen kimi mikroelementləri az dozada qəbul etmək kifayətdir. Bundan artıq hər hansı dərman və ya əlavəyə ehtiyac yoxdur”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri